Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Ulduz" jurnalının Türk dünyası sayı təqdim olunub

"Ulduz" jurnalının Türk dünyası sayı təqdim olunub

20.02.2026 [12:33]

Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Ulduz” jurnalı və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə jurnalın Türk dünyasına həsr olunmuş sayının təqdimatı keçirilib. 

Tədbirdə ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, "Ulduz" jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs, universitetin əməkdaşı Aynurə Əliyeva çıxış edib. Professor Mahirə Hüseynova ədəbiyyat nümayəndələri ilə görüşlərin tələbələr üçün də çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.  Şair-publisist Qulu Ağsəs qeyd edib ki, “Ulduz” jurnalı ilə universitetin çox gözəl əməkdaşlığı və bu əməkdaşlığın xüsusi buraxılışlar kimi gözəl nəticələri var.  
Tədbirin moderatoru DGTYB başqanı İntiqam Yaşar Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafında ortaq nəşrlərin əhəmiyyətindən bəhs edib. 

Daha sonra gənc yazarlar Fuad Cəfərli, Qabil Ədalət, aktrisalar Simuzər Ağakişiyeva və Günəş Mehdizadə şeirlər səsləndirib.  

Tanınmış aşıqlar Nəbi Nağıyev, Nazim Quliyev, musiiqiçilər Habil Şınıxlı, Vüqar Əhmədov Mahirə Hüseynovanın sözlərinə oxunmuş aşıq mahnılarını təqdim ediblər.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28