Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Göyçayda üç avtomobil toqquşub, xəsarət alan var

Göyçayda üç avtomobil toqquşub, xəsarət alan var

23.02.2026 [08:57]

Göyçayda zəncirvarı yol qəzası baş verib. Hadisə gecə saatlarında Göyçay–Bərgüşad avtomobil yolunun rayonun Türkmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası zamanı bir nəfər xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xüsusi alət və avadanlıqların köməyi ilə əzilmiş metal konstruksiya kəsilərək sürücü xilas olunub və Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. Qəzaya uğramış avtomobillər yolun hərəkət hissəsindən kənarlaşdırılıb, digər hərəkət iştirakçılarının təhlükəsiz hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28