Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveçrədə yeni qar uçqunları insan tələfatına səbəb olub

İsveçrədə yeni qar uçqunları insan tələfatına səbəb olub

23.02.2026 [19:51]

İsveçrədə baş verən yeni qar uçqunları nəticəsində azı 2 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Qraubünden kantonunda itkin düşən 25 yaşlı italiyalının meyiti tapılıb. O, Sent-Morits kurortunda çalışırdı. Valais kantonunda isə 22 yaşlı gənc 2600 metr yüksəklikdə xizək sürərkən qar altında qalaraq ölüb.

Bir müddət öncə, fevralın 17-də Qraubünden kantonunda 49 yaşlı alman və onun 15 yaşlı oğlu da uçqun nəticəsində həlak olmuşdu.

Qeyd edək ki, qış aylarında Alp dağlarında qar uçqunu təhlükəsi çox yüksək olur. Son həftələr yağan güclü qar Avstriya, Fransa və İtaliyada ölüm hallarının qeydə alındığı çoxsaylı uçqunlara səbəb olub. Avstriyada ötən cümə günündən bəri 7 nəfər, İtaliyanın şimalında isə 2 nəfər uçqun nəticəsində həyatını itirib.

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28