Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çexiyada yeni hökumətin formalaşması başa çatıb

Çexiyada yeni hökumətin formalaşması başa çatıb

23.02.2026 [19:45]

Çexiya Prezidenti Petr Pavel İqor Çerveni ekologiya naziri təyin edərək Andrey Babişin hökumətinin tərkibini tamamlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb. Andrey Babişin kabineti 2025-ci il dekabrın 15-də fəaliyyətə başlayıb. Prezident iki ay ərzində Baş nazir və sağ-mərkəzçi “Motoriste” (Avtomobilçilər) partiyasının lideri Petr Matsinko ilə ekologiya naziri postuna namizədlər barədə danışıqlar aparıb. Buna baxmayaraq, Petr Pavel “Motoriste” partiyasının fəxri sədri Filip Turek tərəfindən irəli sürülən namizədi rədd edib.

Hazırkı hökumət koalisiyasındakı partiyalar arasında əldə olunan razılığa əsasən, ətraf mühitin mühafizəsi nazirinin kürsüsü “Motoriste” partiyasına məxsusdur. Çexiya mətbuatının yazdığına görə, İqor Çerveninin təyinatı prezidentlə partiya arasında əldə edilən kompromis nəticəsində mümkün olub.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28