Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib

Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib

24.02.2026 [14:48]

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.

AZƏRTAC xəbər verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.

Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.

Xalq şairi göstərilən yüksək diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanmasına, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında xidməti olan şəxslərə dövlət dəstəyini yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28