Xocalı soyqırımı – insanlığa qarşı cinayət
26.02.2026 [10:09]
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı soyqırımı törətmişdir. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş, bəşəriyyətin ən dəhşətli soyqırımı hesab olunmuşdur.
Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından başlayaraq şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınmış şəhərdə qalan təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Lakin Xocalı bir günün içində yer üzündən silindi.
Şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca olmaqla, ümumilikdə 613 nəfər Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir götürüldü, 150 nəfər isə itkin düşdü.
Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard manat dəyərində ziyan vuruldu. Bu hadisə Azərbaycanda, qardaş Türkiyədə və bir sıra digər ölkələrdə "Xocalı Soyqırımı" və ya "Xocalı faciəsi" kimi anılır. Ermənistanda isə bu vəhşilik "Xocalı döyüşü" və ya "Xocalı hadisəsi" terminləri ilə ifadə olunmuşdur.
2013-cü ilin avqustuna qədər Pakistan, Kolumbiya, Rumıniya, Meksika, Çexiya, Bosniya və Herseqovina, habelə ABŞ-ın Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, İndiana, Corciya, Nyu-Cersi və Florida ştatlarının parlamentləri Xocalı Soyqırımını tanımışdır.
Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin uğurlu dövlət strategiyası əsasında siyasi arenada yeni üfüqlərin açılması üçün bütün imkanlardan istifadə etmişdir. 1994-cü ildə əldə edilmiş atəşkəs, gələcəkdə Qarabağın azad olunması üçün güclü ordu quruculuğuna ehtiyac olduğunu isbatladı. Siyasi varis olaraq bu şərəfli dövlətçilik təcrübəsini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi ilə "Qarabağ Azərbaycandır!" şüarını gerçəkləşdirərək xalqımıza parlaq qələbə sevinci yaşatdı.
2023-cü ildə keçirilən lokal antiterror tədbirləri zamanı, 23 saatlıq döyüşdən sonra Xankəndi, Xocavənd və Xocalı kimi yaşayış məskənləri erməni təcavüzkarlarından birdəfəlik azad olundu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ali Baş Komandanın dediyi kimi: "Mənim üçün hər bir azərbaycanlının şəhid olduğu torpaq Vətəndir!"
Şəhla Əliyeva
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxAnalitik
27 Fevral 09:14
Dünya
27 Fevral 08:56
Sosial
27 Fevral 08:30
Dünya
26 Fevral 23:10
Dünya
26 Fevral 22:51
Dünya
26 Fevral 22:19
İqtisadiyyat
26 Fevral 21:47
Xəbər lenti
26 Fevral 21:28
Dünya
26 Fevral 21:23
İdman
26 Fevral 20:45
Xəbər lenti
26 Fevral 20:45
Dünya
26 Fevral 19:50
Dünya
26 Fevral 19:22
Dünya
26 Fevral 19:10
Gündəm
26 Fevral 18:38
YAP xəbərləri
26 Fevral 17:35
YAP xəbərləri
26 Fevral 16:43
YAP xəbərləri
26 Fevral 16:40
YAP xəbərləri
26 Fevral 16:16
YAP xəbərləri
26 Fevral 16:15
Dünya
26 Fevral 15:33
YAP xəbərləri
26 Fevral 15:32
YAP xəbərləri
26 Fevral 15:22
MEDİA
26 Fevral 15:19
İdman
26 Fevral 15:17
İqtisadiyyat
26 Fevral 15:13
YAP xəbərləri
26 Fevral 14:38
YAP xəbərləri
26 Fevral 14:34
Dünya
26 Fevral 14:31
YAP xəbərləri
26 Fevral 14:30
Siyasət
26 Fevral 14:16
Sosial
26 Fevral 14:15
Sosial
26 Fevral 13:53
Dünya
26 Fevral 13:53
YAP xəbərləri
26 Fevral 13:32
Dünya
26 Fevral 13:25
Dünya
26 Fevral 12:42
YAP xəbərləri
26 Fevral 12:33
Hadisə
26 Fevral 12:27
İqtisadiyyat
26 Fevral 12:26
İqtisadiyyat
26 Fevral 12:24
Dünya
26 Fevral 12:19
YAP xəbərləri
26 Fevral 12:12
Xəbər lenti
26 Fevral 11:50
Siyasət
26 Fevral 11:48
YAP xəbərləri
26 Fevral 11:23
Siyasət
26 Fevral 10:49
Elm
26 Fevral 10:35
İqtisadiyyat
26 Fevral 10:12
Analitik
26 Fevral 09:54
Analitik
26 Fevral 09:30
Analitik
26 Fevral 09:15
Analitik
26 Fevral 08:52
Sosial
26 Fevral 08:34
Gündəm
26 Fevral 08:10
Siyasət
26 Fevral 07:50
Siyasət
26 Fevral 07:48
Siyasət
26 Fevral 07:48
Dünya
25 Fevral 23:07
Gündəm
25 Fevral 23:04
Maraqlı
25 Fevral 22:50
Gündəm
25 Fevral 22:25
YAP xəbərləri
25 Fevral 22:19
Dünya
25 Fevral 22:03
Dünya
25 Fevral 21:56
YAP xəbərləri
25 Fevral 21:25
Dünya
25 Fevral 21:13
Dünya
25 Fevral 20:51
Gündəm
25 Fevral 20:46
Dünya
25 Fevral 20:30

