Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə
04.03.2026 [15:30]
Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, bugünümüz və gələcəyimiz üçün möhkəm təməlin yaradılmasında stimulverici amil oldu. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın enerji sahəsində qazandığı uğurların xronologiyasını təqdim etdi. Bu mühüm məqam diqqətə çatdırıldı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Bu addımlardan bəhs edərkən təkcə ötən ildə bu sahədə görülən işlərə diqqət yetirmək kifayətdir. Belə ki, 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir. Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.
Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Hazırda Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Toplantıda bildirilib ki, bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından biri əldə edilib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanıb. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas çağırışlardandır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan maraq atılan addımlarda özünün aydın ifadəsini tapır.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

