Milli maraqlardan söhbət gedən zaman məsuliyyətsiz davranış yolverilməzdir - RƏY
04.03.2026 [16:43]
Qonşu dövlətdə baş verən və dünya mətbuatının ön səhifələrini zəbt etmiş hadisələr əlbəttə ki, öz coğrafi əhatə potensialına görə regionumuzu çox-çox üstələyir. Hadisələri görməzdən gəlmək mümkünsüzdür. Olaylar inkişaf etdiyi təqdirdə dünyanın geosiyasi landşaftı belə dəyişə bilər. Təsadüfi deyil ki, hadisələrin ilk saatlarından etibarən Azərbaycanın Xarici İşlər Nazirliyi dövlətin rəsmi mövqeyini bildirmişdir. Sosial şəbəkələrdə mövzu “fitri analitiklər” tərəfindən dayanmadan xırdalanır. Qonşu mənzildə belə baş verənlərdən xəbəri olmayanlar birdən-birə geosiyasətin mütəxəssisinə çevriliblər. Bəli, internet bu cür halları adiləşdirib və analoji tendensiyalar ilə mübarizə aparmaq artıq mümkünsüzdür.
Sosial şəbəkələrin adi istifadəçilərinin heç bir pis niyyət və xüsusi məqsəd güdməyən müəyyən mənada “ziyansız” şıltaqlığına dözmək olursa da, konkret siyasi məqsəd daşıyan təxribat xarakterli şərhlərin tirajlanması isə birmənalı olaraq milli maraqlara qarşı yönəlmiş məsuliyyətsiz davranışdır. “Fikir azadlığı” ilə “fikir azğınlığı” arasında olan sərhədi bilərəkdən pozanların sağlam niyyəti ola bilməz. Heç şübhəsiz ki, qonşu ölkədə baş verənləri təxribatlar üçün fürsət kimi dəyərləndirənlər də var. Məhz buna görə də xarici qüvvələrin əllərində “maşa” və manipulyasiya aləti kimi istifadə olunan siyasətciklərin bu günlərdə canfəşanlığını izləyirik. Təəssüf ki, müstəqillik tariximizdə bu cür fürsətlərin “pislik şirələrinin” sıxılması ilə bağlı xain cəhdlərə vaxtaşırı şahidlik etməyə məcbur olmuşuq. Odur ki, bəzən ziyansız görünən şıltaq şərhlərin arxasında böyük hiylələr gizlənə bilir. Məhz bu səbəbdən də hər bir vətəndaş regionumuz üçün həssas hesab olunan dövrdə maksimum mümkün olan məsuliyyəti nümayiş etdirməlidir.
Şərhçilər “təngnəfəs” öz maraqlı fərziyyələri ilə ictimaiyyəti təəccübləndirməyə tələsir, xəbər portalları onsuz da “qanlı” olan hadisələrə “qışqıran” başlıqlar verməklə ictimai vahiməni artır, təxribatçılar isə yaranmış mürəkkəb vəziyyət və informasiya tozanağından yararlanmaq imkanları arayır. Bu cür mənzərənin yaranması haradasa anlaşılan olsa da, məsələ məhz milli maraqların toxunulmazlığına çatanda isə heç bir “şıltaqlığa” yer vermək olmaz və istənilən, hətta ən kiçik təxribatın belə qarşısı sərt şəkildə alınmalıdır.
Bu günlərdə şərhçilər arasında ən populyar ritorika: “dünyada güc balansı pozulub və İran hadisələri bu cür prosesləri sürətləndirir”. Sanki ötən müddət ərzində balans və müəyyən ölkələr arasında gizli birlik var imiş, bu birlik də “super gücə” qarşı adekvat alternativ imiş. Siyasi savada malik olan müasir vətəndaş özü üçün onu aydın etməlidir ki, dünyada güc balansı heç zaman olmayıb. Uzun onilliklər ərzində müxtəlif ideoloji metodlarla güc balansı haqqında mif yaşadılırdı və bu geosiyasi mif sayəsində region təsir altında saxlanırdı. İndi də hansısa mifik balansı qorumaq zərurəti haqqında səsləndirilən çağırışlar reallıqda müharibəyə cəlb olunan tərəflərin sayının artırılmasına hesablanıb və bu bir geosiyasi tələdir.
Bəli, yaşanan münaqişənin qlobal kontekstə çevrilmə potensialı az deyil və hər bir dövlət, ələlxüsus regionumuzda olan dövlətlər, hadisələrin istənilən gedişatına hazır olmalıdır. Dünyada cərəyan edən tendensiyaları peşəkarcasına izləyən və zəruri addımların atılmasının dəqiq zamanını mükəmməl müəyyən edən Prezident İlham Əliyev bu cür “anomaliyaların” mümkünlüyü haqqında fikirləri dəfələrlə səsləndirmişdir. Dünya və regionumuzda yaşanan hər növbəti siyasi stress zamanı dövlət başçısı prinsipial olaraq nitqində vurğulayırdı ki, Azərbaycan məhz öz gücünə güvənməlidir. Bu cür yanaşma bilavasitə müstəqil siyasətinin təzahürüdür. Odur ki, Azərbaycanın istənilən qərar və beynəlxalq təşəbbüsünün kökündə dayanan əsas amil - məhz bizim milli maraqlarımızdır. Söhbət milli maraqların qorunmasından gedən yerdə isə demaqogiya və təxribat xarakterli ritorika yolverilməzdir.
Realist mövqedən çıxış edərək, habelə mövcud vəziyyətdə adekvatlıq və obyektivliyi qorumaq naminə bilməliyik ki, yaşanan bu münaqişənin davamlılığı ilə bağlı strateji və həlledici qərarlar heç də bizim regionumuzda qəbul olunmur. Bəli, bu cür həqiqəti qəbul etmək çətindir, ancaq mövcud vəziyyət artıq müasir dünyanın reallığıdır. Nəzərimizdən onu da qaçırmayaq ki, hal-hazırda sözügedən münaqişə faktiki olaraq 3 dünya dinləri arasında aparılır. Əgər münaqişə aparan tərəflərindən birinə Çinin də silah verdiyi ilə bağlı şayiələrə inansaq, o zaman hətta mövcud miqyas belə yetərlidir ki, biz S.Hantinqtonun sivilizasiyalar arasında münaqişə nəzəriyyəsini yada sala bilək.
Ümid edirik ki, mürəkkəb nəzəriyyələrə və beynəlxalq təcrübəyə müraciət etmədən də hər bir məsuliyyətli vətəndaş yaşadığımız tarixi mərhələnin həddindən artıq həssas olduğunu çox gözəl anlayır. Mövcud vəziyyətdə anlıq siyasi divident və ya ucuz şöhrət naminə Azərbaycanı münaqişənin hansısa bir tərəfinə sürükləyən təhrikedici ritorika milli maraqlarımıza qarşı yönəlmiş cinayətdir. Odur ki, bəzi fürsətcil vətənşivənlərin məsuliyyətsiz fikirləri yalnız təxribat kimi dəyərləndirilməlidir.
Politoloq Asif Adil
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

