Azərbaycanın strateji mövqeyi
05.03.2026 [11:29]
03 mart 2026-cı il tarixdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası beynəlxalq enerji gündəliyinin mühüm hadisələrindən biri kimi yadda qaldı. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu, həyata keçirilən irimiqyaslı layihələri və yaşıl enerji sahəsində müəyyən edilmiş prioritetləri geniş şəkildə təqdim etdi.
Azərbaycanın uzun illərdir etibarlı enerji tərəfdaşı kimi Avropanın və region ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırıldı. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası nəticəsində Azərbaycanın təbii qazı yeni bazarlara çıxarılıb, Avropanın enerji mənbələrinin şaxələndirilməsinə real dəstək göstərilib. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır və tərəfdaş ölkələr arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir.
Dövlət başçısı Avropada enerji təhlükəsizliyi məsələlərinin son illərdə daha da aktuallaşdığını qeyd etdi və bu şəraitdə Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə artdığını bildirdi. Ölkəmizin qaz təchizatının coğrafiyasını genişləndirməsi, tərəfdaş ölkələrin sayının artması və ixrac həcmlərinin yüksəlməsi bu siyasətin real nəticəsi kimi qiymətləndirildi. Eyni zamanda, mövcud boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində işlərin davam etdiyi bildirildi. Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji sahəsində də böyük potensiala malikdir. Xəzər dənizinin külək enerjisi ehtiyatları, günəş enerjisi imkanları və işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan olunması bu istiqamətdə geniş perspektivlər açır. Dövlət artıq beynəlxalq tərəfdaşlarla birlikdə külək və günəş elektrik stansiyalarının tikintisini həyata keçirir. Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının balanslaşdırılmış yanaşmaya əsaslandığını qeyd etdi: bir tərəfdən etibarlı qaz təchizatçısı kimi mövqelər möhkəmləndirilir, digər tərəfdən isə mərhələli şəkildə yaşıl enerjiyə keçid sürətləndirilir. Bu siyasət həm iqtisadi dayanıqlığı təmin edir, həm də qlobal iqlim çağırışlarına cavab verir.
Toplantıda beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunuldu. Enerji layihələrinin uğurunun geniş tərəfdaşlıq şəbəkəsi sayəsində mümkün olduğu bildirildi və Azərbaycanın bu əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğu qeyd edildi. Ölkəmizin tərəfdaş dövlətlər və beynəlxalq maliyyə institutları ilə birgə yeni enerji təşəbbüslərini həyata keçirməyə hazır olduğu da diqqətə çatdırıldı.
Sonda Prezident cənab İlham Əliyev Bakıda keçirilən bu iclasların enerji sahəsində gələcək əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etdi. Həm Cənub Qaz Dəhlizi, həm də yaşıl enerji təşəbbüsləri regionun enerji xəritəsini yenidən formalaşdırmaqda davam edəcək və Azərbaycan bu prosesin mərkəzində yer almaqda davam edəcək.
Beləliklə, Bakıda keçirilən nazirlər toplantıları bir daha göstərdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminində, eləcə də yaşıl enerji keçidinin sürətləndirilməsində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini ardıcıl şəkildə gücləndirir.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

