Nizami rayonunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
05.03.2026 [12:48]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında qadınların rolu” mövzusunda tədbir keçirib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın dövlət qadın siyasətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, Milli Məclisin deputatı Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Vətən müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, gənclər adından rayon təşkilatının könüllüsü Aytac Şahverənli və başqaları əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi dövlət qadın siyasətinin nəticələrindən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanda qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün bütün şərait yaradılıb. Dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.
Bildirilib ki, qadına hörmət, ehtiram və qayğı hər bir cəmiyyətin, xalqın dünya görüşünün, mədəniyyətinin, mənəvi dəyərlərinin sanki bir məhək daşıdır. Azərbaycanın mədəniyyətində qadına hörmət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan qadını zərif olduğu qədər güclüdür. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən, Vətən naminə övladından belə keçən ana və fədakarlıq nümunəsi olan bacıdır, yoldaşdır.
Diqqətə çatdırılıb ki, Azərbaycan qadınlarının parlaq lideri ölkədə və dünyada hər kəsin hörmət və sevgisini qazanmış Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında hamisi olan qadınlarımız onun açdığı yolla ictimai-sosial, mədəni-mənəvi sahələrdə ölkəmizin inkişafına töhfələr verməkdə davam edirlər. Onun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə, ümumilikdə ölkəmizin hərtərəfli tərəqqisinə verdiyi töhfələr, bütün Azərbaycan qadınlarına, xalqa, dövlətə xidmət, ailəsinə sonsuz bağlılıq, sevgi və sədaqət hisslərindən qaynaqlandığını təlqin edir.
Natiqlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və bu əlamətdar günün qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını vurğulamaq üçün bir fürsət olduğunu qeyd ediblər.
Çıxışlardan sonra ictimai-sosial fəaliyyətinə görə fərqlənən, yubiley yaşında olan xanımlara fəxri fərmanlar, təşəkkürnamələr, eləcə də YAP Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunlarına sertifikatlar, partiyaya yeni üzv olmuş şəxslərə isə vəsiqələr təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

