İran dövləti ən qısa zamanda Azərbaycan dövlətindən üzr istəməlidir
05.03.2026 [17:50]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirildi.
Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Dost, qardaş dediyimiz dövlət - İran bizi yenə arxadan vurdu.
İran silahlı qüvvələri tərəfindən Naxçıvana, Azərbaycanın ayrılmaz tərkib hissəsinə hücumun həyata keçirilməsi beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır. Eyni zamanda, Azərbaycan və İran arasındakı çoxəsirlik münasibətlərə ciddi zərbədir.
Bildirmək istəyirəm ki, mülki obyektlərə zərbə qorxaqlıq nümunəsidir.
Digər tərəfdən, bu xain təxribatlar özü ilə bərabər 2021-ci il 15 iyunda iki qardaş ölkə-Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsini gündəmə gətirə bilər. Bunu İran dövləti, onun siyasətini müəyyənləşdirənlər də aydın şəkildə anlamalıdırlar.
Ötən gün Türkiyə, bu gün də Azərbaycan vuruldu. İran rejimi görünən odur ki, ağlını itirib. Öz hava məkanını üçüncü ölkələrə qapadan dövlətlərə zərbə endirmək faktiki özünü hədəfə qoymaq deməkdir. Hələ bu Türkiyə və Azərbaycan olduqda, öz ayağına sıxmaq deməkdir. Sən faktiki olaraq, iki qardaş ölkəyə deyil, daxilindəki 40 milyonluq türkə qarşı da savaş açmış olursan.
Təbii ki, Türkiyə əraziləri davamlı zərbə önünə çıxarılacaqsa, aktiv hərbi əməliyyatlar başlayacaqsa, Şuşa Bəyannaməsinin tələblərinə görə, Azərbaycan da bu və ya digər şəkildə proseslərə qoşulacaq.
Burada Azərbaycan ərazilərinin vurulması faktiki Türkiyənin üzərinə götürdüyü öhdəliklərdən çıxış edərək proseslərə qoşulması anlamına gəlir. Bundan əlavə, Azərbaycan-Türkiyə-Pakistan arasında olan Bakı Bəyannaməsi də var.
Onun da işə düşməsi istiqamətində addımlar atıla bilər. Söhbət burada Naxçıvandan gedirsə, unutmayaq ki, Qars və Naxçıvan müqaviləsinin şərtlərinə görə, Naxçıvanın müdafiəsi həm də Türkiyənin üzərinə götürdüyü öhdəlikdir. Bu gün bu məsələlərə İranın necə cavab verəcəyi olduqca maraqlıdır.
Gələcək günlərdə cənub qonşumuz bu məsuliyyəti, əslində məsuliyyətsizliyi öz üzərindən atmağa çalışacaq. Amma bütün qonşuları ilə münasibətlərini korlamış molla rejimi anlamalıdır ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Eyni zamanda, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğu, riyakarlığının göstəricisidir.
Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.
Bu hadisə həm də İranda yaşayan 40 milyonluq Azərbaycan türklərinin heysiyyətinə toxunmaqdır. Bu rejim zaman-zaman azərbaycanlılara qənim kəsilib. Soydaşlarımızı bütün hüquqlardan məhrum edib, daim təzyiq altında saxlayıb. Biz azərbaycanlı fəallar təqib olunub, cəzalandırılmalarını da unutmamışıq.
Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı da mövcuddur. Ümid edirik ki, ən qısa zamanda Tehran hökuməti Azərbaycan dövlətindən, xalqımızdan baş verənlərə görə üzr istəyəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

