Braziliyada qəribə heyvan izləri tapılıb
06.03.2026 [12:18]
Paleontoloqlar Braziliyada təxminən 275 milyon il əvvəl yaşamış və indiyədək məlum olmayan qədim heyvana aid çənə aşkar ediblər. Dişlərin qeyri-adi forması göstərir ki, bu canlı bitkiləri çeynəməyə uyğunlaşmış ilk onurğalılardan biri ola bilər. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.
Qalıqlar Amazon yaxınlığındakı meşəlik ərazidə, qurumuş çay yatağında tapılıb. Tədqiqatlar zamanı alimlər təxminən 15 santimetr uzunluğunda doqquz oxşar çənə sümüyü aşkar ediblər. Skeletin digər hissələri hələ tapılmayıb, lakin təkcə çənələr alimlər üçün kifayət qədər məlumat verib.
Yeni heyvan növünə “Tanyka amnicola” adı verilib. “Tanyka” sözü quarani xalqının dilində çənə, “amnicola” isə latınca çay kənarında yaşayan deməkdir.
Tədqiqatın aparıcı müəllifi, Çikaqo Sahə Muzeyinin əməkdaşı Ceyson Pardo bildirib ki, çənənin quruluşu çox qeyri-adidir. Çənə bir qədər burulmuş formada olub, buna görə dişlər yuxarıya yox, yanlara doğru yönəlib. Bundan başqa, çənənin daxili səthi çoxlu xırda dişciklərlə — dentikullarla örtülüb.
“Bu qəribə çənə burulması bizi uzun müddət çaşdırdı. Hətta qalıqların deformasiyaya uğradığını düşünürdük. Biz doqquz çənə aşkarladıq və onların hamısı eyni formadadır, nümunələr çox yaxşı da qorunublar. Deməli, heyvanın çənəsinin quruluşu anadangəlmə belə olub”, — deyə Pardo bildirib.
Bu xırda dişlər sürtgəcə bənzər bir səth yaradırdı. Alimlər hesab edirlər ki, üst çənə də oxşar quruluşa malik olub və dişlər bir-birinə sürtülərək qidanı xırdalayırdı. Belə quruluş bitkilərlə qidalanan heyvanlar üçün xarakterikdir.
Buna görə tədqiqatçılar hesab edirlər ki, “Tanyka amnicola” ən azı qismən ot yeyən olub. Bu isə gözlənilməzdir, çünki həmin dövrdə yaşayan qədim dördayaqlıların əksəriyyəti yırtıcı idi.
Heyvan tetrapodlar qrupuna, yəni dörd ətrafı olan onurğalılara aid olub. Bu qrupa sürünənlər, quşlar, məməlilər və suda-quruda yaşayanlar daxildir. Lakin “Tanyka” daha qədim təkamül xəttinə, yəni “gövdə tetrapodları” adlanan qrupa aid olub.
Bu, qədim formalar daha “müasir” heyvan qrupları ilə eyni dövrdə yaşayıb. Alimlərin sözlərinə görə, bu baxımdan “Tanyka” müəyyən mənada müasir ördəkburunla müqayisə oluna bilər. Belə ki, bu məməli də əcdadlarının qədim xüsusiyyətlərini qoruyub saxlayıb. Buna görə tədqiqatçılar bu tapıntını öz dövrü üçün bir növ “canlı fosil” adlandırırlar.
Alimlərin sözlərinə görə, bu tapıntı Qondvana qitəsində hansı heyvanların yaşadığını və qədim ekosistemlərin necə qurulduğunu daha yaxşı anlamağa kömək edir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

