/ / YAP Beyləqan rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib
YAP Beyləqan rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib
06.03.2026 [16:18]
06 mart 2026-cı il tarixində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatında partiyanın sosial şəbəkələrində fəal iştirak edən xanım üzvlərin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov tədbir iştirakçılarını salamlayaraq partiyanın sosial şəbəkələrində aktiv fəaliyyəti ilə fərqlənən xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətində uğurlar arzuladı.
Müşfiq Səfərov qeyd etdi ki, Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə həyata keçirilir. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov, təşkilatın məsləhətçisi Sabit Mehdiyev, mühasib Qalib Kərəmov çıxış edərək bildirdilər ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.
Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Jalə Cəfərova, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Züleyxa Hacıyeva, Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Bahar Tağıyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününün ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunması və hər il bayram günü ərəfəsində dövlət başçısının 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlaması, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verməsi, digər bir qrupunun isə orden və ya medallarla təltif edilməsi məhz Azərbaycan qadınına olan xüsusi diqqətin əyani təzahürüdür.
Daha sonra partiyanın sosial şəbəkələrində aktiv fəaliyyəti ilə fərqlənən xanım üzvlərə qiymətli hədiyyələr təqdim olundu.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

