Tovuzda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
07.03.2026 [13:32]
06 mart 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının inzibati binasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə partiya fəalları ilə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov qadınları bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan qadını yüksək mənəvi dəyərlərin daşıyıcısı, ailənin və cəmiyyətin əsas dayağı olmuşdur. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan qadınının cəmiyyət həyatında roluna yüksək qiymət vermiş, onların dövlət idarəçiliyində və ictimai-siyasi həyatda fəal iştirakını xüsusi diqqətdə saxlamışdır. Bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, müxtəlif sahələrdə mühüm uğurlara imza atırlar. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı humanitar və sosial layihələr də Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunun daha da artmasına mühüm töhfə verir.
Sədr çıxışının sonunda qadınları bir daha 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Daha sonra Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva və Tovuz Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru Nigar Səfxanova çıxış edərək 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycan qadınının cəmiyyətin inkişafında mühüm rol oynadığı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsində böyük xidmətlər göstərdiyi vurğulanıb.
Qeyd olunub ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində qadınların hüquqları yüksək səviyyədə qorunur, onların ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Bildirilib ki, Azərbaycan qadınları təhsil, elm, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə etdikləri nailiyyətlərlə ölkəmizin inkişafına mühüm töhfələr verirlər.
Çıxışlardan sonra 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarxa baxış keçirilib. Sonda qadınlara rayon təşkilatı adından gül buketləri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə sona çatıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

