Sülh və sabitliyin möhkəmlənməsinə töhfə
13.03.2026 [11:41]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2026-cı il martın 11-də Azərbaycanın paytaxtı Bakı daha bir mühüm diplomatik görüşə şahidlik etdi. Ölkəmizə rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatla çıxış etdilər və iki tərəf arasında əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri barədə fikirlərini bölüşdülər. Bu səfər, səfər çərçıvəsində mətbuata verilən bəyənat Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət malik idi. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata verdikləri bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirildi. Dövlət başçımız cənab İlham Əliyev çıxışında qeyd edib ki, Koştanın səfəri iki tərəf arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. . Bu da Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun fəal mərhələdə olduğunu göstərir.
Bəyanatda Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin strateji əhəmiyyəti xüsusi qeyd olunub. Prezidentlər təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu sahələrdə əməkdaşlıq yalnız tərəflər üçün deyil, həm də daha geniş region – Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün sülh və sabitliyin möhkəmlənməsinə töhfə verir.
Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar prinsiplərinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasının tərəflər üçün vacib olduğunu, bu prinsiplərin iki tərəf arasında tərəfdaşlığın əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq əsas müzakirə mövzularından biri oldu. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, enerji Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas istiqamətlərindən biridir və gələcəkdə də belə qalacaq. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: “Hazırda 16 Avropa ölkəsi Azərbaycandan qaz alır və bu göstəricinin gələcəkdə daha da artması üçün böyük potensial mövcuddur. Azərbaycan qazının Avropaya çatdırılmasında əsas rol oynayan layihələrdən biri Cənub Qaz Dəhlizidir. Bu layihə Avropa ölkələrinin enerji mənbələrini şaxələndirməsinə və enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir”.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi və ticarət əlaqələrinin yüksək səviyyədə olduğuna toxunan Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin xarici ticarət dövriyyəsinin böyük hissəsi məhz bu təşkilatın üzv dövlətlərinin payına düşür.
Dövlət başçısı onu da vurğulayıb ki, iki tərəf arasında investisiya imkanları genişdir və gələcəkdə qarşılıqlı investisiyaların artacağı gözlənilir. Azərbaycan Avropa ölkələrinə enerji resursları ixrac etməklə yanaşı, Avropa iqtisadiyyatına da müxtəlif sahələrdə investisiyalar yatırır. Bu isə tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradır.
Tərəflər həmçinin regionda baş verən geosiyasi proseslər barədə fikir mübadiləsi aparıblar. Bu müzakirələr Cənubi Qafqazda sülh və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, nəqliyyat, logistika və regional bağlantı layihələri də müzakirə olunub. Azərbaycan Avropa ilə Asiya arasında yerləşən mühüm nəqliyyat qovşağı kimi strateji əhəmiyyətə malikdir. Bu baxımdan ölkə müxtəlif beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir.
Rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq məsələlərinə toxunan liderlər süni intellekt və yeni texnologiyaların inkişafının iqtisadi inkişaf və innovasiya baxımından böyük əhəmiyyət daşıdığını, bu sahədə əməkdaşlıq gələcəkdə yeni imkanlar yarada biləcəyini qeyd ediblər.
Sonda Prezident İlham Əliyev vurğuladı ki, Antonio Koştanın Azərbaycana səfəri iki tərəf arasında siyasi dialoqun daha da inkişafına və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacaq.
Antonio Koştanın Azərbaycana səfəri göstərdi ki, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq qarşılıqlı maraqlara əsaslanır və gələcəkdə daha da inkişaf edəcək. İki tərəf arasında əməkdaşlığın gücləndirilməsi həm regionda sabitliyin təmin olunmasına, həm də iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verə bilər.
Qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiq olduğu bir daha təsdiqləndi.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

