/ / YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Vətən müharibəsi Zəfəri və Böyük Qayıdış” mövzusunda tədbir keçirilib
YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Vətən müharibəsi Zəfəri və Böyük Qayıdış” mövzusunda tədbir keçirilib
13.03.2026 [12:23]
YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Bərdə rayonunun Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbində “Şəhərsalma və Memarlığ İli” çərçivəsində “Vətən müharibəsi Zəfəri və Böyük Qayıdış” mövzusunda tədbir keçirilib.Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya Təşkilatının sədri Qələndər Zeynalov və müəllim kollektivi iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbə və həyata keçirilən antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müasir tariximizin ən mühüm mərhələlərindən biridir. Qeyd olunub ki, Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızı azad edərək xalqımızın həsrətinə son qoyub.
Həbib Misirov həmçinin vurğulayıb ki, əldə olunan Qələbə nəticəsində azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin olunur.Məktəbin direktoru və Ərazi Partiya Təşkilatının sədri Qələndər Zeynalov çıxışlarında bildiriblər ki, Vətən müharibəsində əldə edilən Zəfər xalqımızın milli birliyinin, güclü dövlət siyasətinin və ordumuzun qüdrətinin bariz nümunəsidir. Onlar qeyd ediblər ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə sadiqlik və dövlətçilik ənənələrinin qorunması hər birimizin əsas vəzifələrindəndir.Digər çıxış edənlər də Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətindən danışaraq bildiriblər ki, bu Qələbə Azərbaycan xalqının qürur mənbəyidir və gələcək nəsillər üçün böyük bir örnəkdir.Çıxışlarda “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərdə aparılan geniş quruculuq və bərpa işləri, müasir şəhərsalma prinsipləri əsasında görülən layihələr və doğma torpaqlara köç prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər Kəlbəcərin qısa müddətdə yenidən dirçəlməsinə və sakinlərin doğma yurdlarına qayıdışına mühüm töhfə verir.Tədbirin sonunda YAP Kəlbəcər rayon təşkilatının fəaliyyətində fəal iştirak edən bir qrup üzvə təşkilat tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

