Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
13.03.2026 [12:48]
Lider mobil operatorun dəstəyi ilə “Her Art in Action” festivalının açılış mərasimi keçirilib
Gender bərabərliyinin təşviqi və qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyən Azercell bu dəfə “VarYox” incəsənət və mədəniyyət platformasının təşkilatçılığı ilə həyata keçirilən “Her Art in Action” festivalının tərəfdaşı qismində çıxış edir. Festival Azərbaycanda qadın rəssamlar üçün təhlükəsiz və inklüziv yaradıcılıq mühiti formalaşdırmaq, incəsənət və mədəniyyət sektorunda bərabər imkanların yaradılmasına töhfə vermək məqsədi daşıyır.
Layihənin açılışı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan “Mənzərəyə açılan ev” adlı sərgi ilə başlayıb.
Açılış mərasimində tərəfdaş qurumların nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin qadınların inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib:
“Qadınların ictimai həyatın müxtəlif sahələrində fəal iştirakı cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azercell uzun illərdir qadınların təhsilinə, peşəkar inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Əminəm ki, “Her Art in Action” layihəsi qadınların yaradıcı potensialının üzə çıxarılması ilə yanaşı, milli mədəni dəyərlərimizin təbliğinə və beynəlxalq müstəvidə tanınmasına mühüm töhfə verəcək.”
Artıq üçüncü dəfə təşkil olunan “Her Art in Action” festivalı qadın rəssamların yaradıcılığının təşviqi və regionlararası mədəni əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq təşəbbüs kimi çıxış edir. Festival çərçivəsində beynəlxalq rəssamların da iştirak etməsi tədbiri fikir və təcrübə mübadiləsi üçün dinamik platformaya çevirir. Belə ki, sərgidə Azərbaycanla yanaşı müxtəlif ölkələri təmsil edən 27 yerli və xarici rəssamın əsərləri ziyarətçilərə təqdim olunub.
Qeyd edək ki, təşəbbüs “Azercell Telekom” MMC-nin, PAŞA Holding-in, Niderland Krallığının və İspaniya Krallığının Azərbaycandakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir.
“Her Art in Action” festivalı haqqında ətraflı məlumatla https://herartinaction.com/ saytında tanış ola bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

