Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsində Azərbaycan təcrübəsi
13.03.2026 [15:01]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Müasir beynəlxalq münasibətlər sistemi sürətli və mürəkkəb transformasiya dövrünü yaşayır. Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin davam etməsi, iqtisadi və enerji təhlükəsizliyi ilə bağlı risklərin artması dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Məhz belə bir şəraitdə 12 mart 2026-cı ildə Bakı şəhərində keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda geniş məzmunlu çıxış edib. Dövlət başçısının nitqi qlobal siyasi gündəmin aktual problemlərinə toxunmaqla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mesajlarla yadda qalıb.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları çıxışında vurğulayıb ki, hazırda dünya yeni geosiyasi mərhələyə qədəm qoyur və bu mərhələ həm risklər, həm də yeni imkanlarla müşayiət olunur. Onun sözlərinə görə, dövlətlər arasında etimadın azalması, beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartların mövcudluğu qlobal sabitliyə ciddi təhdid yaradır. Bu baxımdan beynəlxalq münasibətlərdə suverenliyə, ərazi bütövlüyünə və qarşılıqlı hörmət prinsipinə əsaslanan yanaşmanın vacibliyi xüsusi qeyd edilib.
Cənab Prezident bildirib ki, fikir ayrılıqları müasir dünyanın qaçılmaz reallığıdır. Lakin bu ayrılıqların qarşıdurmaya çevrilməməsi üçün dialoq və çoxtərəfli əməkdaşlıq əsas vasitə kimi çıxış etməlidir. Prezident Azərbaycanın müxtəlif beynəlxalq platformalarda sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış etdiyini, regionda sabitliyin möhkəmləndirilməsinə və iqtisadi inteqrasiyanın genişləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Çıxışda qlobal enerji təhlükəsizliyi məsələlərinə də geniş yer ayrılıb. Prezident qeyd edib ki, enerji resurslarının şaxələndirilməsi və alternativ enerji mənbələrinin inkişafı müasir dövrdə iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji və nəqliyyat layihələrinin regionlararası əməkdaşlığı gücləndirdiyi, Avrasiya məkanında yeni iqtisadi imkanlar yaratdığı vurğulanıb.
Humanitar sahədə əməkdaşlıq və multikultural dəyərlərin qorunması da Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri olub. O bildirib ki, dünyada ideoloji qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq, mədəniyyətlərarası dialoq və humanitar təşəbbüslər sabitliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın multikulturalizm sahəsində topladığı təcrübə və müxtəlif xalqların sülh şəraitində birgə yaşayış modeli qlobal miqyasda nümunə kimi təqdim edilib.
ÇŞıxışının sonunda İlham Əliyev cənabları Qlobal Bakı Forumunun beynəlxalq dialoq üçün mühüm platforma olduğunu vurğulayıb. O qeyd edib ki, belə forumlar vasitəsilə dünya liderləri və ekspertlər aktual problemləri açıq müzakirə edir, ortaq yanaşmalar formalaşdırır və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirirlər. Prezident optimist notlarla çıxışını yekunlaşdıraraq bildirib ki, qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq sayəsində qlobal fikir ayrılıqlarını aradan qaldırmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

