Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir
13.03.2026 [22:45]
Ümumiyyətlə, son illərdə qlobal geosiyasi mühitdə baş verən dəyişikliklər Avropa İttifaqının enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının diversifikasiyası və yeni strateji tərəfdaşlıqların qurulması məsələlərini daha da aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan regionun mühüm aktorlarından biri kimi Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Azərbaycanın strateji mövqeyi ölkəni Avropa ilə Asiya arasında təbii körpüyə çevirir. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan həm enerji resursları, həm də nəqliyyat-kommunikasiya layihələri vasitəsilə Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa bazarına alternativ enerji mənbələrinin çatdırılması baxımından mühüm rol oynayır. Bu layihə sayəsində Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinin enerji balansında mühüm paya malikdir. A.Koştanın da səfər proqramında əsas məsələ enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin təmin olunması məsələləri dayanırdı. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsinin strateji prioritet olaraq qaldığını nəzərə alsaq, bu prosesdə Azərbaycanın rolu getdikcə artır. Digər tərəfdən, Azərbaycan da Avropa bazarına çıxış imkanlarını genişləndirməklə öz iqtisadi potensialını daha səmərəli formada reallaşdırmaq niyyətindədir. Antonio Koştanın Bakıya səfəri İttifaqın Cənubi Qafqaza artan marağının və Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün mühüm tərəfdaş kimi qəbul olunduğunun göstəricisidir. Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayan bu region yalnız regional deyil, həm də qlobal təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu regionda sülh və sabitliyin təmin olunması Avropa İttifaqı üçün prioritet məsələlərdən biridir.
İlk növbədə, regionun geostrateji mövqeyi Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazın Avropa üçün əhəmiyyətini artıran digər mühüm amil enerji təhlükəsizliyi ilə bağlıdır. Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi siyasətini həyata keçirir və bu baxımdan Xəzər regionu mühüm rol oynayır. Azərbaycan vasitəsilə Avropaya nəql olunan enerji resursları Avropa bazarında alternativ mənbələrin formalaşmasına töhfə verir. Bu baxımdan Cənub Qaz Dəhlizi Avropa üçün strateji əhəmiyyət daşıyır. Layihə Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına çatdırmaqla qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Təbii ki, bu cür iri infrastruktur layihələrinin davamlı fəaliyyəti üçün regionda uzunmüddətli sabitlik əsas şərtlərdən biridir.
Antonio Koştanın 11 mart səfəri göstərdi ki, Bakı və Brüssel arasında qurulan körpülər sarsılmazdır. Bu əməkdaşlıq təkcə Azərbaycanın deyil, bütövlükdə böyük bir coğrafiyanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və sülh içində gələcəyinə xidmət edir.
Alidə Aslanova
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

