Dialoqun və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi
16.03.2026 [22:33]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən müzakirələr müasir dünyanın mürəkkəb geosiyasi proseslər fonunda yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forum beynəlxalq münasibətlər sistemində mövcud çağırışların müzakirəsi baxımından mühüm platforma kimi diqqət çəkdi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev qlobal miqyasda artan gərginliklər fonunda dövlətlər arasında dialoqun və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. Cənab Prezident qeyd etdi ki, Azərbaycan üçün regional təhlükəsizlik hər zaman əsas prioritet olub və ölkəmiz Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasət həyata keçirir. Bu siyasət qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və əməkdaşlığa əsaslanır. Azərbaycanın təşəbbüsləri nəticəsində Bakı artıq beynəlxalq dialoq və müzakirələrin aparıldığı mühüm mərkəzlərdən birinə çevrilib və Qlobal Bakı Forumu da bu istiqamətdə böyük əhəmiyyət kəsb edir. Cənab Prezident vurğuladı ki, belə platformalar müxtəlif ölkələrdən siyasi liderlərin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin bir araya gələrək qlobal problemlər ətrafında fikir mübadiləsi aparmasına imkan yaradır və bu, beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edir.
Cənab Prezident çıxışında postmünaqişə dövründə regionda sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın konstruktiv mövqeyini də diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycan Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırmaqla bölgədə etimad mühitinin formalaşmasına real töhfə verib. Bu addım regionda iqtisadi əlaqələrin bərpası və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda vurğulandı ki, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqamətləri üzərində iş aparılır və bu layihə Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarından biri kimi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın həyata keçirdiyi enerji, nəqliyyat və logistika layihələri regionun iqtisadi inteqrasiyasını gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq əməkdaşlıqda strateji rolunu da artırır. Bu təşəbbüslər təkcə Cənubi Qafqaz üçün deyil, daha geniş coğrafiyada iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin forumdakı çıxışı bir daha göstərdi ki, Azərbaycan qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasəti ilə həm regionda, həm də qlobal miqyasda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verməkdə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

