BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndələri: Livan fəlakət astanasındadır
01.04.2026 [13:14]
BMT-nin yüksək vəzifəli nümayəndələri çərşənbə axşamı Təhlükəsizlik Şurasında çıxış edərək Livanda vəziyyətin sürətlə pisləşdiyini bildiriblər. Toqquşmalar şiddətlənir, mülki əhali arasında itkilər artır. Təhlükəsizlik sahəsində vəziyyətin ağırlaşması sülhməramlı və humanitar əməliyyatlara da mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT Baş katibinin Yaxın Şərq üzrə köməkçisi Xalid Hiyari bildirib.
Qeyd edib ki, münaqişə genişlənir və getdikcə daha da intensiv xarakter alır. Livan hakimiyyətinin məlumatına görə, ölkədə 1247 nəfər həlak olub, 3680 nəfər yaralanıb. Mülki infrastruktur ciddi zərər görüb. Tibb müəssisələri, məktəblər və əsas nəqliyyat xətləri dağıdılıb.
X.Hiyari xəbərdarlıq edib ki, zorakılıq təkcə yaşayış məntəqələrini məhv etmir, həm də Livanın onsuz da kövrək daxili sabitliyini sarsıdır. “Livan xalqı bu müharibəni seçməyib”, – deyə o vurğulayıb və BMT Baş katibinin son bəyanatını xatırladıb. “Hərbi həll yolu yoxdur. Yalnız diplomatiya, dialoq və BMT Nizamnaməsinə, eləcə də Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması dayanıqlı sülhə gətirib çıxara bilər”, – deyə o əlavə edib.
BMT-nin fövqəladə yardım üzrə koordinatoru Tom Fletçer Beyrutdan videobağlantı ilə çıxış edərək humanitar vəziyyəti kritik adlandırıb. İnsanlar evlərini tərk etməyə məcbur qalıb. 1,1 milyondan çox insan ölkə daxilində köçkünə çevrilib, 200 mindən çox insan isə qonşu Suriyaya qaçıb.
T.Fletçer onsuz da zəif olan infrastrukturun üzərinə düşən ağır yükü qeyd edib. Xəstəxanalar və tibb mərkəzləri bağlanır və ya imkanlarının son həddində işləyir. Məktəblər sığınacaqlara çevrilib. Dağıdılmış körpülər və yollar bütöv regionları xarici aləmdən təcrid edib.
Humanitar qurumlar yardımın həcmini artırıb, milyonlarla ərzaq payı, su, dərman və ilkin tələbat mallarını çatdırır. Bununla belə, maliyyə çatışmazlığı və münaqişə zonalarına çıxışın məhdudluğu əməliyyatları çətinləşdirir. Hazırda tələb olunan 308 milyon dolların yalnız kiçik hissəsi toplanıb.
T.Fletçer vurğulayıb ki, insanlar ilk növbədə təhlükəsizlik istəyir. “Onlar bunun dayanmasını istəyir. Bu böhranlar dövründən çıxmaq istəyirlər”, – deyə o əlavə edib.
BMT Baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin tərkibində xidmət edən “mavi dəbilqəlilər” üçün artan təhlükələrə diqqət çəkib. O bildirib ki, bir sutka ərzində İndoneziyadan olan üç sülhməramlı həlak olub, daha bir neçəsi ağır yaralanıb. BMT Baş katibi hərbçilərin ölümü ilə nəticələnən hərəkətləri pisləyib.
BMT missiyasının əməkdaşları davamlı atəşlər, partlayışlar və hərəkət azadlığının məhdudlaşdırılması barədə məlumat verir. Lakrua bildirib ki, sülhməramlılar heç vaxt hədəf olmamalıdır. O, bütün tərəfləri BMT obyektlərinin toxunulmazlığına riayət etməyə çağırıb.
Bu arada döyüş əməliyyatları daha da intensivləşir. Son günlər minlərlə mərmi atılıb. BMT dərhal atəşkəsin təmin olunmasının və Təhlükəsizlik Şurasının qətnaməsinin tam icrasının vacibliyini vurğulayır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

