Bukerin İran həmləsi
04.04.2026 [08:37]
Raketlər havadadır, deyəsən, atəş Ədəbiyyat cəbhəsindən gəlir...
Olmasın o ədəbiyyat və o mükafat ki, tam siyasiləşir. Amma qoy ictmailəşsin. Belə də olmalıdır. Bir-birinə bağlı, bəlkə də, bir-birinin içində mövcud olan anlayışlardır - siyasi və ictimai... Dünyadakı bütün ədəbi proseslər, yazılı təsir imkanı olan mətnlər, oxunan, öyrənilən müəlliflər həm də ictimai YÜK daşıyır, dolayısı ilə siyasi hədəflərə də gəlib çıxa bilir. Bəs nəyə görə, adını “mədəni siyasət”, “dil siyasəti” və sair qoyub uğrunda mübarizələr aparırıq? Mətnlər isə həm də çirkə bulaşmaz, suda batmaz, odda yanmazdır. Mətnlər dünyanı dəyişə biləcək bir gücdür...
Şida Bazyarın “The nights are quiet in Tehran”(“Tehranda gecələr sakitdir” - sətri tərcümə.) romanı 2026-cı il Beynəlxalq Buker Mükafatının qısa siyahısındadır. Bu mükafat hər il dünyanın istənilən yerində, istənilən dildə yazılmış, lakin mütləq və MÜTLƏQ Böyük Britaniya və ya İrlandiya nəşriyyatlarının birində ingilis dilinə tərcümə olunaraq nəşr edilməlidir. Mükafat fondu da böyükdür, tərcüməçi və müəllif arasında bölünməklə ədəbi mühitdə inanılmaz rezonans yaradır, sanki dünyanın ədəbi cameəsini ayaq üstə saxlayıb təmərgüzləşdirir, ayıq-sayıq olmağa vadar edir, diqqətləri daim öz üzərində saxlayır. Həm yerli naşir şifarişlər alır, həm dövlət xəzinəsinə vergi ödənir, ölkənin beynəlxalq statusu öz nüfuzunu və təsir imkanlarını qoruyub-saxlayır, həm də barəsində “Axı nə üçün bu qədər geniş yayılır?” deyə sual etdiyimiz ingils dili başqa dillərin, anlayışların hesabına çiçəklənir. Qazanılan xərclənən vəsaitdən qat-qat çoxdur...
Ədəbiyyat bu cür proseslərin içərisində olmalıdırmı? Görünür, müasir dünya hay-küysüz, PR-sız olmayacaq. Necə ki, Sİ (Süni intellekt) olmadan gələcəyi təsəvvür etmək mümkün deyil. İş orasındadır ki, “Buker” i təşkil edənlər Ədəbiyyatın strateji hədəflərini yağdan tük çəkən kimi çəkib çıxara bilirlər...
“Tehranda gecələr sakitdir” romanından iki fraqment: “...Valideynlərimizə neftin, amerikalıların, ingilislərin bir vahid, Şahın isə tamamən bizə qarşı olduğu deyilmişdi. Valideynlərimiz iş-güclərini bir kənara qoyub küçələrə çıxdılar və sonra yenidən evlərinə qayıtdılar... susmalı oldular, bir daha Şaha qarşı heç nə demədilər. Sonra bizi məktəbə göndərdilər və dedilər: Biz bu ölkəni sevirik; indi isə siz onun məktəblərini sevin...”
“... Hər İnqilab nə vaxtsa köhnəlir və biz bu ölkəni əvvəlkindən də daha çox sevməyə başlayırıq. Qısa müddətdə dərsliklər dəyişdirildi; Şah haqqında səhifələri cırıb divardan şəklini də götürdük...”
Şida Bazyar 1988-ci ildə Almaniyada anadan olub. Ədəbiyyat və jurnalistika üzrə təhsil alıb. “Tehranda gecələr sakitdir” onun ilk romanıdır. Tənqidçilər tərəfindən bəyənilən kitab Almaniyada 30 mindən çox nüsxə satılıb...
Yeri gəlmişkən, Beynəlxalq Buker Mükafatı klassik “Buker” dən xeyli müddət sonra təşkil edilməyə başladı. İngiltərə və Avropada bir vaxt ayılıb baxdılar ki, miqrantların bir qismi öz ana dilində deyil, gəlib yerləşdikləri ölkənin dilində yazmağa başlayıblar. Bir qisim isə öz dilində yazsa da, ÖZÜNDƏN QOPUB. Yəni, “qoca qitə”nin bir parçasına çevrilib. Nə üçün bu “dönmə”lərdən faydalanmasınlar?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11

