Astronomlar nəhəng ulduz partlayışları nəzəriyyəsini dəstəkləyən dəlillər tapıblar
07.04.2026 [20:51]
Supernova adlanan nəhəng ulduzun partlayışı həmişə şiddətli olur, o, kosmosa materiallar atır və adətən, arxasında neytron ulduzu və ya qara dəlik kimi kompakt ulduz qalığı buraxır. Lakin kosmosdakı ən böyük ulduzları əhatə edən bəzi supernovalar o qədər güclü ola bilər ki, onlardan geriyə heç nə qalmır.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, 1960-cı illərdən bəri alimlər bu ultra güclü supernovaların mövcudluğu barədə nəzəriyyə irəli sürüblər. İndi isə qara dəliklər və qravitasiya dalğaları adlanan fəza-zaman dalğalanmaları ilə bağlı tədqiqatlarda dolayı yolla yeni dəlillər tapılıb.
Avstraliyadakı Monaş Universitetinin astrofizika üzrə doktorantı və çərşənbə günü “Nature” jurnalında dərc olunmuş tədqiqatın aparıcı müəllifi Hui Tonqa görə, bu cür supernova partlayışları kütləsi Günəşdən təxminən 140-260 dəfə böyük olan ən nəhəng ulduzlarda baş verir. O qeyd edib: “Nəhəng kütləsinə baxmayaraq, onlar nisbətən qısa - təxminən bir neçə milyon il mövcud olur. Müqayisə üçün, Günəş təxminən 10 milyard il var olacaq, buna görə də həmin ulduzlar təxminən min dəfə daha sürətlə - partlayışdan əvvəl intensiv və qısa müddətə yanan nəhəng fişəng kimi alovlanır”.
Müəyyən bir kütləyə malik böyük ulduzların partlaması geridə neytron ulduzu, kompakt şəkildə çökmüş ulduz nüvəsi qoyur. Daha böyük olan bəzi ulduzlar partlayanda geriyə qara dəlik, cazibə qüvvəsi güclü olan və hətta işığın belə qaça bilməyəcəyi olduqca sıx bir cisim buraxır. Qara dəlik orijinal ulduz kütləsinin bir hissəsini saxlayır, qalan hissəsi isə kosmosa sovrulur.
Astronomlar bu tədqiqatda 153 cüt qara dəlik haqqında məlumatları araşdırıb, onların kütlələrini yaydıqları cazibə dalğalarını müəyyən edib və daha sonra iki kiçik qara dəliyin əvvəlki birləşmələri nəticəsində əmələ gələn analoji prosesləri ayırıblar. Alimlər daha sonra Günəşin kütləsinin təxminən 44 ilə 116 qatı arasında qara dəliklərin olmadığını aşkar ediblər ki, bu da onların “qadağan olunmuş diapazon” adlandırdıqları fenomendir.
Onların sözlərinə görə, bu yoxluğun ən yaxşı şəkildə izah edilməsi üçün ən yaxşı səbəb həmin kütlə diapazonunda qara dəlikləri buraxması gözlənilən nəhəng ulduzların ömrünün sonunda qeyri-sabit cütlük adlanan nadir supernova partlayış növü ilə məhv olması və arxada heç bir iz qoymamasıdır.
Alimlər çox parlaq işıqlı supernova adlanan bir ulduz partlayışı müşahidə ediblər. Bu partlayış Günəşdən 10 milyard dəfədən çox parlaq ola bilər. Onlar bildiriblər ki, tədqiqatda təqdim olunan dəlillər nəhəng supernovaların mövcudluğuna dair ən yaxşı göstərici ola bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

