Tailandda yanacaq məntəqələrinin iş saatları qısaldılır
07.04.2026 [19:34]
Yaxın Şərqdəki gərginliyin dünya enerji bazarına mənfi təsirlərinə məruz qalan ölkələrdən olan Tailandda yanacaqdoldurma məntəqələrinin gündəlik iş saatları azaldılır.
AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, Baş nazir Anutin Çarnvirakul hökumətin enerji böhranı ilə mübarizə tədbirlərinə dair mətbuat konfransında bildirib ki, hökumət Yaxın Şərq münaqişəsi fonunda enerjiyə qənaət etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
O, münaqişə bitsə belə, neft və təbii qaz istehsalı üçün istifadə olunan infrastrukturun bərpasına vaxt lazım olacağını, nəticədə yüksək enerji qiymətləri və neft-kimya məhsullarının çatışmazlığının bir müddət davam edəcəyini söyləyib. Anutin Çarnvirakul hökumətin alternativ yanacaq mənbələrini təmin etməsinin getdikcə çətinləşdiyini etiraf edib, ictimaiyyəti vəziyyətin öhdəsindən gəlmək üçün həyat tərzini uyğunlaşdırmağa çağırıb.
Tailand mediasının məlumatına görə, yanacağa qənaət məqsədi ilə qəbul edilən qərar aprelin 20-də qüvvəyə minəcək. Qaydalara əsasən, yanacaqdoldurma məntəqələri axşam saat 10-dan səhər saat 5-dək bağlı olacaq.
Tailandın bir neçə aviasiya şirkəti isə yanacaq qiymətlərinin bahalaşması və yüksək əməliyyat xərcləri səbəbindən bəzi istiqamətlərdə uçuşları azaltdığını açıqlayıb. “Thai Lion Air”, “Nok Air” və “Thai AirAsia” şirkətləri daxili və beynəlxalq reysləri müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
Qeyd edək ki, Tailandın sıxılmış maye qaz idxalının 30, xam neft idxalının isə 50 faizi Hörmuz boğazından keçən dəniz yolu ilə təmin olunur.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

