Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

14.04.2026 [12:21]

Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş:
Baxılıb: 360 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30