Kür çayının mənsəb hissəsində su sərfi 2 dəfəyə qədər artacaq
17.04.2026 [20:17]
Son günlər intensiv yağıntılarla əlaqədar olaraq transsərhəd çay olan Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. Həmçinin Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə olunur. Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən AZƏRTAC-a verilən məlumata əsasən, yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir.
Cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir su anbarına saniyədə 858 kubmetr su daxil olur. Su anbarından Kür çayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir. Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay, Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kür çayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkil edir.
Son günlərdə Kür çayının Saatlı, Sabirabad, Şirvan, Salyan rayonları ərazisindən keçən hissəsində səviyyə artımının müşahidə olunması da məhz gursululuq dövrü ilə əlaqədardır.
Səviyyənin artmasına baxmayaraq, hazırda vəziyyət stabildir. Mingəçevir su anbarından Kür çayına suyun buraxılması agentliyin aidiyyəti tabeli təşkilatları tərəfindən tənzimləndiyindən, növbəti günlərdə hər hansı təhlükənin olacağı gözlənilmir.
Eyni zamanda, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən respublika ərazisində mövcud digər çaylarla yanaşı Kür çayında da yeni quraşdırılmış elektron səviyyə ölçən cihazlar vasitəsilə onlayn qaydada suyun səviyyəsi və su sərfi gündəlik olaraq nəzarətdə saxlanılır, xidmətin yerli bölmələrinin əməkdaşları tərəfindən riskli ərazilərdə vizual müşahidələr aparılır, real vəziyyəti əks etdirən video görüntülər və digər məlumatlar operativ olaraq xidmətin aparatına və aidiyyəti qurumlara təqdim olunur.
Gündəlik olaraq ölçmələr və monitorinq məlumatlarının təhlili Kür çayında baş verə biləcək daşqın hadisələrinin vaxtından əvvəl proqnozlaşdırılmasına, risklərin düzgün qiymətləndirilməsinə və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12

