/ / Qusarda “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilib
Qusarda “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilib
24.04.2026 [17:27]
Qusar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşəbbüsü və rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilib.
Konfransın işində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, fizika-riyaziyyat elmlər doktoru, professor,YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Mərkəzi Aparatı təşkilatı şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq mahiyyətini izah edib.O, bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamı bu istiqamətdə elmi-tədqiqatların inkişafına, əlverişli infrastrukturun reallaşmasına stimul olacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlər Azərbaycanın şəhərsalma və memarlığının inkişafında mühüm mərhələ təşkil edib. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini, işğaldan azad olunmuş ərazilərdə o cümlədən Qusar rayonunda geniş quruculuq işlərinin aparıldığını, müasir yaşayış məntəqələrinin yaradıldığını və tarixi irsin bərpa olunduğunu bildirib.
Konfransın işində iştirak edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov ölkə başçısının rəhbərliyi ilə son illər respublikamızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri,Qarabağ bölgəsində tətbiq olunan innovativ və yaşıl şəhərsalma yanaşmalarının bu sahəyə verdiyi strateji əhəmiyyətindən geniş məlumat verib.
Tədbirə dəvət almış rayonun baş memarı Şahabbas Saruxanov və Dövlət Şəhərsalma və Arxitektura komitəsi nəzdində Bakı Dövlət Layihə İnstitutunun memarı Cabbar Muradov müasir Azərbaycanın şəhərsalma və memarlıq siyasətinin əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycanın bu sahədə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman və xatirə hədiyyəsi, yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

