Azərbaycan–Ukrayna dostluq münasibətləri
27.04.2026 [17:37]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin 2026-cı il aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin hazırkı səviyyəsini və inkişaf perspektivlərini hərtərəfli şəkildə əks etdirən mühüm siyasi sənəd kimi diqqəti cəlb edir.Prezident İlham Əliyev çıxışında vurğuladı ki, iki ölkə arasında əlaqələr uzunmüddətli dostluq ənənələrinə, qarşılıqlı hörmətə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyə əsaslanır. Cənab Prezident Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daim dəstək verdiyini bir daha bəyan edərək, bu mövqenin ölkəmizin xarici siyasətində prinsipial və dəyişməz xətt təşkil etdiyini qeyd etdi. Görüş zamanı siyasi dialoqun daha da genişləndirilməsi, yüksək səviyyəli təmasların davam etdirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Xüsusilə son dörd il ərzində prezidentlər səviyyəsində keçirilmiş yeddi görüşün, o cümlədən iki ay əvvəl Münxen şəhərində baş tutmuş son görüşün münasibətlərin dinamik inkişafından xəbər verdiyi diqqətə çatdırıldı. Bu fakt iki ölkə arasında etimad mühitinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlığın möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqləyir.
Bəyanatda iqtisadi, sənaye və texnoloji əməkdaşlıq istiqamətləri xüsusi yer tutdu. Cənab Prezident bildirdi ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksinin inkişafı birgə istehsal üçün geniş və real imkanlar yaradır və bu istiqamətdə əməkdaşlıq perspektivləri olduqca ümidvericidir. Bununla yanaşı, ümumilikdə sənaye sahəsində kooperasiyanın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiya qoyuluşlarının artırılması məsələlərinin də ətraflı müzakirə edildiyi vurğulandı. Enerji sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Ukrayna ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqətə çatdırıldı. Eyni zamanda, nəqliyyat və logistika sahəsində, xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlıq perspektivləri yüksək qiymətləndirildi və Azərbaycanın artan tranzit potensialının region üçün strateji əhəmiyyət daşıdığı qeyd olundu. Humanitar sahədə əməkdaşlıq, o cümlədən təhsil, mədəniyyət və sosial layihələr vasitəsilə xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi də əsas prioritetlər sırasında göstərildi. Cənab Prezident qarşılıqlı hörmət və maraqların təmin olunması prinsiplərinin əməkdaşlığın əsasını təşkil etdiyini bildirərək, bu səfərin Azərbaycan–Ukrayna dostluq münasibətlərinin daha da dərinləşməsinə və strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

