Azərbaycan–Ukrayna əməkdaşlığı yeni mərhələdə
27.04.2026 [13:17]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodymir Zelenskinin 25 aprel 2026-cı il tarixdə Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin möhkəm siyasi təməllər üzərində inkişaf etdiyini və bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Ölkə başçısının qeyd etdiyi kimi, son dörd ildə Prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi ikitərəfli münasibətlərin dinamik xarakter daşıdığını və yüksək siyasi dialoqun davamlı olduğunu göstərir. Bu görüşlərin müntəzəmliyi təsadüfi deyil, bu, iki ölkə arasında formalaşmış etimada, strateji tərəfdaşlıq ruhuna və qarşılıqlı maraqların uzlaşmasına əsaslanır.
Prezident İlham Əliyev bəyanatda mühüm məsələlərdən biri Azərbaycan ilə Ukrayna arasında münasibətlərin təkcə cari əməkdaşlıqla deyil, uzun illərə söykənən siyasi-hüquqi baza ilə möhkəmləndiyini vurğulaması oldu. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu əlaqələrin fundamental əsasını təşkil edir. Bu sənədlərdə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin əks olunması, əslində, iki dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinin ifadəsidir. Azərbaycanın və Ukraynanın beynəlxalq platformalarda qarşılıqlı dəstəyi bu münasibətlərin formal diplomatik çərçivədən kənara çıxaraq prinsipial tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. İki ölkə arasında əməkdaşlığımızı daha da gücləndirir.
Cənab Prezidentimiz İlham Əliyev bəyanatda xüsusi qeyd etdi ki, əsas istiqamətlərdən biri siyasi dialoqla yanaşı, iqtisadi və enerji əməkdaşlığının geniş perspektivləridir. Xüsusilə SOCAR-ın Ukraynada uzun illər uğurlu fəaliyyəti bu əməkdaşlığın praktik nəticələrini nümayiş etdirən mühüm amildir. Energetika sahəsində əldə olunmuş nailiyyətlər, sərmayə qoyuluşu imkanları, birgə təşəbbüslər və yeni layihələr göstərir ki, iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi isə iqtisadi münasibətlərin genişlənən dinamikasını göstərən mühüm göstəricidir. Ölkə başçısının bu rəqəmin gələcəkdə daha da artacağına dair ifadə etdiyi əminlik mövcud imkanların reallığa çevriləcəyinə inamı əks etdirir.
Bəyanatda göstərilən əsas mühüm məsələ hərbi-texniki və sənaye əməkdaşlığı ilə bağlı perspektivlərdir. Həm Azərbaycanda, həm də Ukraynada müdafiə sənayesinin inkişafı fonunda birgə istehsal, texnoloji əməkdaşlıq və sənaye kooperasiyası üçün geniş imkanların mövcudluğu iki ölkənin əməkdaşlıq gündəliyini daha da zənginləşdirir. Bu, eyni zamanda göstərir ki, Azərbaycan və Ukrayna münasibətləri yalnız klassik diplomatik və iqtisadi çərçivə ilə məhdudlaşdırmır, onu daha strateji və çoxtərəfli müstəvidə inkişaf etdirməyə çalışır, böyük perspektivlərə yol açır.
Ölkə Prezidenti İlham Əliyevin çıxışında diqqət çəkən mühüm siyasi mesajlardan biri də münasibətlərin qarşılıqlı hörmət və maraqların təmin olunması prinsipi üzərində qurulması idi. Müasir beynəlxalq münasibətlər sistemində məhz bu yanaşma dayanıqlı tərəfdaşlığın əsas göstəricilərindən biri hesab olunur. Azərbaycan və Ukrayna arasında dialoqun intensivliyi, hökumətlərarası mexanizmlərin fəaliyyəti, məsləhətləşmələrin davam etməsi və Hökumətlərarası Komissiyanın işinin genişləndirilməsi əlaqələrin institusional əsaslarını gücləndirir.
Beləliklə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti balanslı, prinsipial və milli maraqlara söykənən xətt üzrə davam edir. Ukrayna ilə münasibətlərdə nümayiş etdirilən bu strateji yanaşma Azərbaycanın regional və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Səfər və bəyanatdan məlum olur ki, Azərbaycan–Ukrayna dostluq münasibətləri, əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, hərbi-texniki sahədə perspektivlərin açılması və beynəlxalq hüququn prinsiplərinə ortaq sadiqlik bu münasibətləri daha da gücləndirən əsas amillərdir. Prezident İlham Əliyevin bəyanatda vurğuladığı kimi, bu səfər Azərbaycan–Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaq, hər iki ölkə üçün gələcək hərtərəfli əməkdaşlığa yol açacaq, münasibətləri genişləndirəcəkdir.
Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

