“Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
27.04.2026 [13:46]
Parlament “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, məsələ milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin (anlayışının) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz edilməsi (adlandırılması) ilə bağlıdır. Beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçib, yəni “lizinq” kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib.
Qeyd edilib ki, Mülki Məcəllənin 38-ci fəsli "Lizinq" adlansa da, o əslində “maliyyə lizinqi”, yeni ifadə ilə desək, “maliyyə icarəsi” ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə “maliyyə lizinqi” termini indiyə qədər əsasən Vergi Məcəlləsində istifadə edilib.
Beləliklə, yeni Qanunun qəbulu ilə “maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, “lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaq.
Yeni qanun layihəsində əsas məsələlərdən biri Mülki Məcəllə və Vergi Məcəlləsi arasında ziddiyyətli məqamlardan biri olan maliyyə icarəsi alan (icarəçi) şəxslərin dairəsinin dəqiqləşdirilməsi ilə bağlıdır. Qanun layihəsinə əsasən, icarəçi kimi yalnız fərdi sahibkarlar və hüquqi şəxslər çıxış edə biləcəklər. Bu yanaşma maliyyə icarəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması xüsusiyyətinə, eləcə də Vergi Məcəlləsində təsbit edilmiş yanaşmaya uyğundur.
Qanun layihəsi ilə maliyyə icarəsi verənlərin fəaliyyətinin prudensial tənzimlənməsi və onların fəaliyyətinə nəzarətlə bağlı tənzimləmə çərçivəsi formalaşdırılır. Layihənin qəbul edilməsi ilə maliyyə bazarlarında tənzimləmənin xüsusiyyətləri nəzərə alınmaqla, maliyyə icarəsi fəaliyyəti ilə (maliyyə icarəsi verən qismində) yalnız hüquqi şəxslər məşğul ola biləcək və bunun üçün Mərkəzi Bank tərəfindən yaradılacaq maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmə əsas şərt hesab ediləcək. Bu məqsədlə bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər tələb edilən sənəd və məlumatları Mərkəzi Banka təqdim edəcək.
Layihədə icarəyə verənlər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi müəyyən edilmiş və bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

