/ / Türkmənistanın aparıcı informasiya portalında Azərbaycanın turizm potensialını əks etdirən məqalə dərc olunub
Türkmənistanın aparıcı informasiya portalında Azərbaycanın turizm potensialını əks etdirən məqalə dərc olunub
27.04.2026 [22:47]
Türkmənistanın nüfuzlu “ashgabattimes.com” portalında türkmən, ingilis və rus dillərində yayımlanmış materialda Azərbaycanın turizm imkanları, əsas marşrutları, tarixi-mədəni irsi və müasir turizm infrastrukturu haqqında məlumat təqdim edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Bakının müasir və tarixi elementlərin vəhdətində formalaşan şəhər olduğu qeyd olunub. Eyni zamanda, Bakının sahilyanı mövqeyi, müasir memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri və UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin tarixi əhəmiyyəti işıqlandırılıb. Qız qalası, Şirvanşahlar sarayı və Dənizkənarı Bulvar kimi məkanların paytaxtın turistləri cəlb edən əsas mərkəzləri olduğuna diqqət çəkilib.
Məqalədə qeyd olunub ki, Azərbaycanın paytaxtdan kənarda yerləşən bölgələri də zəngin turizm imkanları ilə seçilir. Xüsusilə, Qəbələnin ilboyu fəaliyyət göstərən istirahət və açıq hava turizmi mərkəzi olduğu vurğulanıb. Burada yay aylarında yürüş, paraplan və digər aktiv istirahət növləri, qış mövsümündə isə xizək və “snoubord” imkanlarının mövcud olduğu bildirilib. Eyni zamanda, bölgədə fəaliyyət göstərən müasir hotellər, spa mərkəzləri və sağlamlıq turizmi obyektləri haqqında məlumat verilib. Həmçinin, məqalədə Azərbaycanın şimal-qərbində yerləşən Şəki şəhərinin tarixi və mədəni əhəmiyyəti xüsusi vurğulanıb. UNESCO tərəfindən tanınan şəhərin memarlıq irsi, Şəki xan sarayı, karvansaralar və sənətkarlıq ənənələri təqdim olunub. Şəhərin İpək Yolu üzərində yerləşməsi, qədim ticarət və sənətkarlıq mərkəzi kimi rolu qeyd edilib.
Materialda Azərbaycanın coğrafi mövqeyi və mədəni xüsusiyyətləri kontekstində ölkənin Şərq və Qərb arasında körpü rolunu oynadığı bildirilib. Türkmənistandan gələn turistlər üçün ortaq mədəni dəyərlər, qonaqpərvərlik ənənələri, halal qida imkanları və sadələşdirilmiş viza prosedurları xüsusi olaraq vurğulanıb. Elektron viza sisteminin mövcudluğu və beynəlxalq nəqliyyat bağlantıları vasitəsilə ölkəyə asan giriş imkanlarının olduğu qeyd edilib.
Bununla yanaşı, materialda Azərbaycanın sağlamlıq turizmi imkanlarına da diqqət yetirilib. Xüsusilə, Naftalan bölgəsinin müalicəvi neft əsasında formalaşmış kurort kimi tanındığı, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan xidmətlərin təqdim edildiyi qeyd olunub.
Eləcə də, ölkədə ailəvi turizm imkanlarının da geniş olduğu vurğulanıb. Şahdağ Dağ Kurortu qış və yay mövsümlərində müxtəlif istirahət və idman fəaliyyətləri ilə seçilən məkan olduğu qeyd edilib. Qobustan Milli Parkında yerləşən və iyirmi min il yaşı olan qayaüstü rəsmlər və palçıq vulkanları regionun tarixi və təbii əhəmiyyətini əks etdirən əsas turistik məkanlar olaraq qeyd edilib.
Ümumilikdə, materialda qeyd edilib ki, Azərbaycan fəsillərdən asılı olmayaraq ziyarət üçün əlverişli, zəngin və müxtəlif turizm istiqamətlərini özündə ehtiva edir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

