/ / DİA -da “Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi” mövzusunda ümumrespublika elmi-praktiki konfransı baş tutdu
DİA -da “Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi” mövzusunda ümumrespublika elmi-praktiki konfransı baş tutdu
30.04.2026 [15:07]
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Politologiya və siyasi idarəetmə” və “İntellektual Sistemlərin İdarə olunması” kafedralarının birgə təşkilatçılığı ilə “Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi” mövzusunda ümumrespublika elmi-praktiki konfrans keçirilmişdir.
Konfransın açılışında giriş sözü ilə çıxış edən Akademiyanın rektoru, akademik Urxan Ələkbərov süni intellekt texnologiyalarının müasir dövlət idarəçiliyində artan rolundan bəhs edərək, rəqəmsal transformasiya proseslərinin idarəetmədə səmərəliliyin yüksəldilməsinə, şəffaflığın təmin olunmasına və qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verdiyini vurğulamışdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində innovativ inkişafı stimullaşdırdığını, biznes mühitinin təkmilləşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verdiyini bildirmişlər. Eyni zamanda, onlar bu texnologiyaların milli təhlükəsizlik, risklərin idarə olunması və strateji qərarların qəbulunda mühüm rol oynadığını vurğulayaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi uğurlu islahatların və rəqəmsallaşma siyasətinin ölkəni regionda qabaqcıl mövqeyə yüksəltdiyini qeyd etmişlər.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Elvin Əzizbəyov, f.e.d., professor Nigar Ələkbərova, “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin direktor müavini Soltan Bayramov, s.e.f.d., Perspektiv Siyasətin Texnologiyaları İctimai Birliyinin sədri Rufiz Qonaqov mövzu ətrafında məruzələrlə çıxış etmişlər. Onlar süni intellektin dövlət idarəçiliyində tətbiqi, rəqəmsal hökumət modellərinin inkişafı, innovativ idarəetmə yanaşmaları, kibertəhlükəsizlik məsələləri və hüquqi tənzimləmə mexanizmləri barədə geniş fikir mübadiləsi aparmışlar.
Qeyd olunmuşdur ki, süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi yalnız texnoloji yenilik deyil, eyni zamanda idarəetmə fəlsəfəsinin transformasiyası kimi qiymətləndirilməlidir. Bu istiqamətdə Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, strateji yol xəritələri və rəqəmsallaşma təşəbbüsləri ölkənin qlobal çağırışlara adekvat cavab vermək imkanlarını genişləndirir.
Sonda konfrans iştirakçıları tərəfindən mövzu ilə bağlı təkliflər səsləndirilmiş, konfrans bölmə iclasları ilə davam etmişdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

