/ / Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş “voleybol ” idman növü üzrə yarış baş tutub.
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş “voleybol ” idman növü üzrə yarış baş tutub.
30.04.2026 [16:32]
Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, YAP Xəzər rayon təşkilatının əməkdaşları, YAP Xəzər rayon ərazi partiya təşkilatlarının sədrləri, Xəzər rayonunda yerləşən orta ixtisas təhsil müəssisələrinin idman komandaları və müəssisə rəhbərləri iştrak edib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri Ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.
Yarışı giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edib. Şəfayət Nənəcanov qeyd edib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunması təsadüfi deyil.
Daha sonra Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, 216 saylı tam orta məktəbin direktoru Çinarə Cəbrayılova çıxış edərək bildirmişlər ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanmışdır.Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər.
Çıxışların sonunda natiqlər iştirakçılara uğurlar arzu ediblər.
29 aprel 2026 cı il tarixində final görüşünün açılışı baş tutdu. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı təşkil edilən silsilə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndərin dövlətçilik irsi xalqımızın yaddaşında daim yaşayacaq. Eyni zamanda vurğulanıb ki, keçirilən idman yarışları həm sağlam həyat tərzinin təşviqi, həm də gənclərin fiziki inkişafı baxımından əhəmiyyətlidir.
Final görüşündə Sabir Abbasov adına 117 saylı ümumtəhsil məktəbi və Elçin Şəmiyev adına 149 saylı ümumtəhsil məktəbinin komandaları mübarizə aparırdılar. Ramiz Qasımov adına 216 saylı ümumtəhsil məktəbinin idman zalında təcrübəli hakimlər tərəfindən idarə edilən yarışda komandalar 1 qrupda mübarizə aparıb. Final qarşılaşmasında 117 saylı ümumtəhsil məktəbi 1ci yerə, 149 saylı ümumtəhsil məktəbi 2ci yerə və 26 saylı ümumtəhsil məktəbi isə 3 cü yerə layiq görülüb.
Sonda xatirə şəkilləri çəkdirilib
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

