Çiçəklər açır, asqırıq dayanmır...
01.05.2026 [08:51]
Yaz allergiyası ilə necə mübarizə aparmalı?
Yazın ilk nəfəsi yayılan kimi təbiət yenidən canlanır, ağaclar çiçəkləyir, havada xoş ətirlər dolaşır və günəş şüaları insanın ruhunu isidərək ona yeni enerji bəxş edir. Lakin bütün bu gözəlliklərin fonunda bəzi insanlar üçün bu mövsüm eyni zamanda narahatlıq yaradır. Qaşınma, asqırma və bitmək bilməyən allergik reaksiyalarla müşayiət olunan çətin bir dövr başlayır. Sanki təbiətin oyanışı ilə birlikdə insan orqanizmi də öz daxilində görünməz bir mübarizəyə başlayır. Bu mübarizə, hər nə qədər zahirdə sadə görünsə də, gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərərək yazın gətirdiyi sevincə kölgə sala bilir.
Yaz allergiyası əsasən havada uçan polenlər - ağacların, otların və müxtəlif bitkilərin mikroskopik tozcuqları səbəbindən yaranır. İmmun sistemi bu hissəcikləri təhlükəli hesab edərək həddindən artıq reaksiya verir, nəticədə isə burun axıntısı, qaşınma, gözlərdə yanma hissi, hətta yorğunluq kimi əlamətlər ortaya çıxır ki, bu da gündəlik fəaliyyəti xeyli çətinləşdirə bilər.
Allergik rinit mövsümi xarakter daşısa da...
Allerqoloq-həkim İsmayıl Nəcəfli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yazda orqanizmimizdə baş verən proseslər özünü allergik rinit, allergik dermatit, allergik konyunktivit və daha fərqli formalarda göstərə bilər: “Allergik rinit mövsümi xarakter daşısa da, il boyu müalicəyə ehtiyac var. Mövsümi allergik rinitdə pasiyentlər hər il yaz və payız başlamadan dərman müalicəsi almalıdırlar. Ortalama müalicə 20 gündür. Mövsüm başladıqdan sonra müalicə gedərsə, effekti daha zəif olur. Yəni allergik təzahürlər azalır, lakin burun rahatlamır. Ona görə də müalicə vaxtında başlamalıdır”.
Müalicə yalnız belə aparılmalıdır
Həkim qeyd edib ki, allergiyanın müalicəsi yalnız dərmanlar və spreylərdir: “Allergik rinitin müalicəsində sadəcə burun spreyi istifadəsi yanlışdır. Ən çox istifadə olunmalı burun spreyləri tərkibində stereoid və antistamin molekulları olanlardır. Bunlardan əlavə, antistamin qrupuna aid tabletlər də qəbul olunmalıdır. Günümüzdə allergik rinitin başqa müalicə üsulu yoxdur. Digər mövcud üsullar yalnız köməkçidir”.
Allergiyalı şəxslər hansı qidalardan çəkinməlidirlər?
İ.Nəcəfli vurğulayıb ki, bu mövsümdə ən çox qida allergiyalarına da rast gəlinir: “Ümumiyyətlə, dünyada təxminən 100 qidaya qarşı allergiyanın yarandığı sübut olunub. Allergiyalı xəstələr sitrus meyvələri, giləmeyvə, süd, şokolad, dəniz məhsulları və çərəzlərlə qidalanmaqdan çəkinməlidirlər. Beləliklə, xəstəlik tam müalicə olunmasa da, onu vaxtında müalicə edərək allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək mümkündür”.
Tozlanma başa çatdıqda xəstəlik də bitir
Həkim qeyd edib ki, hər insanda allergiya müxtəlif zamanlarda baş verə bilər: “Bitkilərin tozlanması əsasən yazda baş verir. Bu səbəbdən, müxtəlif bitkilərə qarşı allergiyası olan insanlar həmin dövrdə kəskin şəkildə əziyyət çəkirlər. Amma digər mövsümlərdə tozlanan bitkilərə qarşı allergiyası olan şəxslər də mövcuddur. Yayda tozlanan taxıl bitkilərinə qarşı kiminsə allergiyası varsa, bu, özünü həmin fəsildə göstərir. Ona görə də sadəcə yaz allergiyası demək doğru deyil. Bitkinin tozlanması başa çatdıqda dərman istifadə edib-etməməyimizdən asılı olmayaraq, allergiya da başa çatır. Bu problem hər il təkrarlanır”.
Fəsadlar qalır?
Allerqoloqun sözlərinə görə, müalicə olunmadıqda və ya nəzarətsiz qaldıqda yaz allergiyası bəzi fəsadlara səbəb ola bilər: “Məsələn, burun və sinusların xroniki iltihabı, tez-tez təkrarlanan sinusit, yuxu keyfiyyətinin pozulması, gündüz yorğunluğu və diqqət azalması kimi hallar ortaya çıxa bilər. Daha ciddi hallarda isə uzunmüddətli allergik iltihab bronxların həssaslığını artıraraq bronxial astma inkişaf riskini yüksəldə bilər. Buna baxmayaraq, düzgün diaqnoz və vaxtında başlanmış müalicə ilə bu fəsadların böyük əksəriyyətinin qarşısını almaq mümkündür. Xəstəlik adətən idarə oluna bilən bir vəziyyətə çevrilir, yəni insan tam normal həyat sürə bilir, sadəcə mövsümi dövrlərdə müəyyən profilaktik və müalicə tədbirlərinə əməl etməsi kifayət edir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13

