Azərbaycanın sülh gündəliyi və regionda yeni əməkdaşlıq mərhələsi
08.05.2026 [15:51]
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı Azərbaycanın sülh gündəliyinin əsas istiqamətlərini bir daha ortaya qoydu. Dövlət başçısı regionda yaranmış yeni reallıqları diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan postmünaqişə dövründə əməkdaşlıq və sabitlik siyasətinə üstünlük verir.
İkinci Qarabağ müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi vəziyyət formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda separatizmə son qoyub. Bununla da uzun illər davam edən münaqişənin əsas səbəbi aradan qalxıb.
Bu mərhələdə Azərbaycanın əsas prioriteti davamlı sülhün təmin edilməsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə regionda normallaşma prosesinin yeni mərhələyə keçdiyini göstərir. Xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflaması da bunun mühüm göstəricisidir.
Azərbaycanın sülh istiqamətində atdığı addımlar yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Ölkəmiz Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlərini aradan qaldıraraq humanitar və iqtisadi baxımdan mühüm qərar verdi. Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yükün çatdırılması bölgədə yeni iqtisadi əlaqələrin yaranmasına səbəb olub.
Bundan başqa, Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlayıb. Bu addım regionda qarşılıqlı iqtisadi asılılığın formalaşmasına və gələcək əməkdaşlığın genişlənməsinə xidmət edir. İqtisadi münasibətlər hər zaman siyasi münasibətlərin normallaşmasına müsbət təsir göstərir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyətini də vurğuladı. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. Bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri Avropa ilə Asiya arasında əlaqələrin güclənməsinə xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digər logistika marşrutları regionun iqtisadi potensialını artırır. Bu baxımdan Azərbaycan artıq beynəlxalq yükdaşımaların əsas mərkəzlərindən birinə çevrilib.
Çıxışda diqqət çəkən məsələlərdən biri də Ermənistanın Azərbaycanın 2028-ci ildə Zirvə görüşünə ev sahibliyi etməsi ilə bağlı namizədliyini dəstəkləməsi oldu. Bu addım regionda qarşılıqlı etimadın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan sülh prosesinə mane olmaq istəyən qüvvələrin mövcudluğunu da açıq şəkildə qeyd edir. Buna baxmayaraq, Bakı öz sülh gündəliyindən geri çəkilmir və regionda davamlı sabitlik üçün fəaliyyətini davam etdirir.
Bugünkü reallıq göstərir ki, Cənubi Qafqaz artıq münaqişə bölgəsi deyil, əməkdaşlıq və iqtisadi inteqrasiya məkanına çevrilməkdədir. Azərbaycanın həyata keçirdiyi siyasət region xalqları üçün yeni imkanlar yaradır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

