Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
15.05.2026 [10:48]
2024-cü ildən etibarən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdirilir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib. Yenilənmiş qaydalar Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub.
Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.
Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki, “Web of Science Core Collection” bazasında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər də qiymətləndirməyə daxil edilib.
Bundan əlavə, tədqiqat nəticələrinin real sektora transferinin təşviqi məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər hesablama mexanizminə bonus bal kimi əlavə olunub.
Müqayisə üçün qeyd edək ki, layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim bu imkandan yararlanıb.
Təkmilləşdirilmiş qaydaların tətbiqinə cari ilin may ayından başlanılacaq. Layihənin əsas məqsədi elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

