Samsundan başlayan azadlıq nəfəsi...
19.05.2026 [08:38]
19 may gəncliyin, ümidin və qələbənin bayramıdır
1919-cu il mayın 19-da Türkiyədə azadlıq uğrunda başlayan böyük bir mübarizənin, gənclərin gücünə, gələcəyinə sonsuz inamın, milli ruhun və birlik hissinin bütün dünyaya nümayiş etdirildiyi tarixdir. Bu gün Türkiyənin bütün şəhərlərində “19 May-Atatürkü anma, gənclik və idman bayramı” böyük təntənə ilə qeyd olunur. Bayramın qeyd olunması ölkədə Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır. Məhz bu tarixdə Mustafa Kamal Atatürkün Samsunda çıxışı ilə xalqın taleyini dəyişdirən istiqlal yolunda ilk addımlar atıldı. Ümidini itirmiş insanların qəlbində yenidən azadlıq arzusu alovlandı.
Birinci Dünya müharibəsindən sonra vəziyyəti gərginləşən Türkiyə çıxış yolları axtarmağa başlayırdı. Bu zaman Atatürkün siyasi arenaya gəlməsi qurtuluş üçün yol açır. Mayın 16-19-da İstanbul-Samsun səfəri qurtuluş üçün atılan ilk addımın simvolu kimi qəbul olunur. Atatürk İstanbuldan Samsuna etdiyi səfər zamanı əsgər olduğu üçün əsgər paltarında səfər edir. Ancaq Samsuna çatdıqdan bir neçə gün sonra sivil formaya keçir.
Atatürk Samsuna çatanda gördüyü mənzərə ürəkaçan deyildi. Şəhərdə İngiltərə ordusunun özbaşınalığı hökm sürürdü və xalq özünü müdafiə edə bilməyəcək vəziyyətdə idi. Atatürk bu səfər zamanı dayanmadan çıxış yolları axtarmağa başlayır. Bu səfər milli mübarizənin başlanğıcı olur və Atatürk bu günü gənclərə ithaf edir. Atatürk xalqı irəli aparanların və köhnəlmiş fikirlərə qarşı çıxanların gənc fikirli olduğunu gördüyünü bildirir.
“Gənc fikirli olmaq, doğrunu görmək və həqiqətən anlamaq deməkdir”, - deyə Atatürk bildirir. Milli mübarizəni daha sağlam başlamaq və davam etmək üçün gənc fikirlərin önəmli olduğunu əsas tutan lider, elə milli mübarizənin başlanğıcını da “gənc fikirlərə” yəni gənclərə həsr edir.
Bu möhtəşəm günün ən təsirli tərəflərindən biri də odur ki, Atatürk gəncləri yalnız gələcəyin sahibi kimi deyil, həm də ölkənin mədəniyyətini, azadlığını, milli dəyərlərini və müasir düşüncə tərzini qoruyacaq ən böyük qüvvə kimi görürdü. Ona görə də bu bayramı birbaşa gənclərə hədiyyə edərək onların enerjisini, yaradıcılığını və vətən sevgisini əbədi olaraq tarixə həkk etmişdi. Meydanlarda dalğalanan bayraqların rəngi, stadionlarda keçirilən möhtəşəm idman tədbirlərinin coşqusu, gənclərin üzündəki sevinc dolu təbəssümlər və marşların yaratdığı qürur hissi bayramı sadəcə təqvimdə qeyd olunan bir gün olmaqdan çıxarır.
Qeyd edək ki, bu günə qədər bayramın adı üç dəfə dəyişilib. 1935-ci ildə bayram Atatürk günü kimi tarixə düşsə də, 1938-ci ildə Atatürkün əmri ilə Gənclik və İdman Bayramı adı verilib. 1981-ci ildən isə bayram Atatürkü Anma, İdman və Gənclik bayramı adlandırılır.
Atatürkü Anma, Gənclik və İdman Bayramı hər il bir daha xatırladır ki, güclü gələcək yalnız savadlı, vətənpərvər, sağlam düşüncəli və məqsədyönlü gənclərin əllərində qurula bilər. Məhz buna görə də bu bayram keçmişin şərəfli xatirəsini yaşadaraq gələcəyin parlaq yollarını işıqlandıran ən mənalı və ən rəngarəng bayramlardan biri kimi böyük sevgi və ehtiramla qeyd olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

