Bakı qlobal şəhərsalma dialoqunun mərkəzində
20.05.2026 [10:49]
2026-cı il mayın 18-də Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, şəhərsalma mütəxəssislərini, beynəlxalq təşkilatların rəhbərlərini və ekspertləri bir araya gətirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində çıxış edərək ölkəmizin müasir şəhərsalma siyasəti, dayanıqlı inkişaf strategiyası və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə mühüm mesajlar verdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanın şəhərsalma siyasəti yalnız müasir memarlıq və infrastrukturun qurulması ilə məhdudlaşmır, eyni zamanda insanların rahat yaşayışı, ekoloji təhlükəsizlik və sosial rifah prinsiplərinə əsaslanır. Dövlət başçısı vurğuladı ki, son illərdə ölkəmizdə həyata keçirilən iri layihələr Azərbaycanın regionun ən müasir urbanizasiya mərkəzlərindən birinə çevrilməsinə imkan yaradıb. Çıxış zamanı xüsusi diqqət Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa prosesinə yönəldildi. Prezident İlham Əliyev bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan yeni yaşayış məntəqələri salınır, müasir yol infrastrukturu, hava limanları, sosial obyektlər və yaşıl enerji layihələri həyata keçirilir. Bu yanaşmanın gələcəyin dayanıqlı şəhər modelini formalaşdırdığı vurğulandı.
Forum çərçivəsində Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəm də xüsusi qeyd edildi. Prezident İlham Əliyev şəhərsalma və memarlıq sahəsində qabaqcıl təcrübələrin paylaşılmasının vacibliyini diqqətə çatdıraraq, qlobal çağırışlar fonunda şəhərlərin davamlı inkişafının beynəlxalq həmrəyliyi tələb etdiyini bildirdi. Dövlət başçısı Bakının artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrildiyini də vurğuladı.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasının göstəricisi kimi qiymətləndirilir. Dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən bu forum ölkəmizin urbanizasiya, innovativ memarlıq və dayanıqlı inkişaf sahəsində qazandığı uğurların beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

