Azərbaycanın dayanıqlı inkişaf baxışı dünyaya təqdim edildi
20.05.2026 [12:09]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Mayın 18-də Bakı şəhəri dünyanın ən nüfuzlu urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etdi. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edərək geniş məzmunlu çıxışla Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf, bərpa-quruculuq və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə artan rolunun daha bir göstəricisi kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilat rəhbərlərinin və şəhərsalma üzrə ekspertlərin iştirak etdiyi tədbir urbanizasiya problemlərinin müzakirəsi üçün mühüm platformaya çevrildi. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan son illərdə sürətli sosial-iqtisadi inkişaf yolu keçərək müasir şəhərsalma modelini formalaşdırmağa nail olub. Dövlət başçısı xüsusilə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq layihələrinin dünyanın ən müasir urbanizasiya nümunələrindən biri olduğunu diqqətə çatdırdı. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması və ekoloji tarazlığın qorunması dövlət siyasətinin əsas istiqamətləri kimi təqdim edildi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanın şəhərsalma siyasəti yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır. İnsan amili, sosial rifah, təhlükəsizlik, ekoloji dayanıqlılıq və müasir texnologiyaların tətbiqi bu siyasətin əsas sütunlarını təşkil edir. Cənab Prezident bildirdi ki, şəhərlərin gələcək inkişafı insan həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Forum çərçivəsində Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəm də xüsusi vurğulandı. Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, qlobal çağırışların yalnız birgə səylərlə həll edilə biləcəyini bildirdi. Azərbaycan paytaxtının belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrildiyini bir daha nümayiş etdirdi. WUF13 çərçivəsində çıxış edən bir sıra xarici liderlər də Azərbaycanın inkişaf modelinə yüksək qiymət verdilər. Xüsusilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın, xüsusilə Qarabağ bölgəsində sürətli və genişmiqyaslı inkişaf yolu keçdiyini vurğuladı. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın müasir inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm hadisə kimi tarixə düşdü. Ölkə Prezidenti cənab İlham Əliyevin forumdakı çıxışı ölkənin dayanıqlı inkişaf, innovativ şəhərsalma və regional liderlik siyasətinin əsas istiqamətlərini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

