Azərbaycanın müasir şəhərsalma modeli dünya ölkələri üçün nümunədir
20.05.2026 [14:51]
Beynəlxalq tədbirlərin keçirildiyi əsas ölkələrdən biri olan ölkəmiz bu günlərdə tariximizin ən yaddaqalan növbəti bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi yalnız beynəlxalq tədbir xarakteri daşımır. Bu forum ölkəmizin müasir inkişaf modelinin, dayanıqlı şəhərsalma siyasətinin və postmünaqişə dövründə aparılan bərpa işlərində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda təqdimatı baxımından strateji əhəmiyyətə malikdir.182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi faktı artıq özü-özlüyündə bu tədbirin qlobal miqyasını və ölkəmizə olan böyük etimadı nümayiş etdirir: “Bu göstərici Azərbaycanın beynəlxalq platformalarda artan rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqidir.
Prezident İlham Əliyev forumda çıxış edərək qeyd edib ki, Azərbaycan tarix boyu Şərqlə Qərbin qovuşduğu məkanda yerləşib və bu xüsusiyyət ölkəmizin memarlıq simasında da öz əksini tapıb. Bakıda qədim İçərişəhərdən müasir şəhər mühitinə keçid bir neçə addımlıq məsafədə baş verir və bu, tarixlə müasirliyin harmonik vəhdətinin canlı nümunəsidir. Bu yanaşma yalnız paytaxtla məhdudlaşmır, ölkəmizin digər şəhərlərində də tarixi irsin qorunması və müasir urbanizasiya prosesinin paralel şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması isə bu sahəyə verilən xüsusi önəmin göstəricisidir. Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi ilə post-münaqişə dövründə dayanıqlı və müasir yaşayış məkanlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıb.
Prezident İlham Əliyev WUF13-ün açılışındakı çıxışında 30 illik işğalın fəsadlarını və bugünkü intibahı müqayisəli şəkildə diqqətə çatdırıb: "İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır".
Hazırda "Böyük qayıdış" proqramı uğurla həyata keçirilir. WUF13-ün uğuru həm də COP29-da əldə edilən nailiyyətlərin məntiqi davamıdır. 2024-cü ildə 196 ölkədən 70 mindən çox iştirakçının toplandığı Bakı dünyanın ekoloji gələcəyinin müəyyənləşdiyi mərkəzə çevrildi. İşinə başladığı ilk gündən COP29 iqlim dəyişmələrinin yaratdığı fəsadlardan qurtulmaq üçün gerçək həll yollarının təklif edildiyi platforma oldu.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini əks etdirən mühüm proqram xarakterli çıxış oldu. Bu nitqdə Azərbaycanın beynəlxalq nüfuzu, şəhərsalma siyasəti, tarixi-mədəni irsə münasibəti, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, ekoloji transformasiya və dayanıqlı inkişaf modeli kompleks şəkildə təqdim edildi. Azərbaycan öz inkişaf yolunda yalnız iqtisadi göstəricilərə deyil, həm də insan amilinə, mədəni irsə, şəhər həyatının keyfiyyətinə və gələcək nəsillərin rifahına əsaslanan modern dövlət modeli formalaşdırır. Bu model isə artıq beynəlxalq miqyasda maraq doğuran və öyrənilən inkişaf nümunəsinə çevrilməkdədir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

