Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytardı
25.05.2026 [11:19]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən mühüm və taleyüklü hadisələrdən biri kimi yadda qalmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu dövlət xalqımızın milli mənlik şüurunun formalaşmasında, müstəqillik ideyalarının güclənməsində və demokratik dəyərlərin bərqərar olmasında əvəzsiz rol oynamışdır. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti yalnız bir dövlət qurumu deyil, həm də milli oyanışın və azadlıq düşüncəsinin simvolu kimi tarixə həkk olunmuşdur.
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı özünün müstəqil dövlətə sahib olduğunu dünyaya bəyan etdi. Bu mühüm hadisə müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın yaranması ilə nəticələndi. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Parlament yaradıldı, milli hökumət formalaşdırıldı, dövlət atributları – bayraq, gerb və himn təsis edildi. Ana dili dövlət dili elan olundu, milli ordu quruldu, təhsil və maarif sahəsində ciddi islahatlara başlanıldı. Bu addımlar xalqın öz dövlətinə inamını artırmaqla yanaşı, milli kimlik düşüncəsini də möhkəmləndirdi. Cümhuriyyətin ən böyük xidmətlərindən biri Azərbaycan xalqına özünü bir millət və siyasi toplum kimi dərk etdirməsi oldu. Uzun illər imperiya idarəçiliyi altında yaşamış xalq ilk dəfə olaraq müstəqil dövlət qurmaq bacarığını nümayiş etdirdi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı” fikri həmin tarixi missiyanın ən dəqiq ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasında mühüm rol oynayan Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər dövlət xadimləri xalqın azadlıq ideallarını siyasi gerçəkliyə çevirməyi bacardılar. Onların fəaliyyəti milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir.
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək AXC-nin siyasi varisi olduğunu bəyan etdi. Bu gün müasir Azərbaycan Respublikası Cümhuriyyətin müəyyən etdiyi dövlətçilik ənənələrini uğurla davam etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi göstərir ki, milli birlik, vətən sevgisi və dövlətçilik idealları xalqın ən böyük mənəvi sərvətidir. Bu irs gələcək nəsillər üçün də azadlıq və müstəqillik məktəbi olaraq qalacaq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin siyasi sabitliyi, iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ərazi bütövlüyünün tam bərpası Azərbaycan dövlətinin gücünü və xalqın milli birliyini nümayiş etdirir.
Bu gün azad Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyata keçirilən genişmiqyaslı quruculuq işləri də milli dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir. Xalqımız ötən əsrdə olduğu kimi bu gün də öz dövlətinə, milli-mənəvi dəyərlərinə və müstəqilliyinə sadiq qalaraq güclü gələcəyə doğru inamla addımlayır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

