Azərbaycan xalqının milli qürur və dövlətçilik bayramı
25.05.2026 [23:36]
28 May Azərbaycan xalqının taleyində dönüş yaradan, milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi böyük əhəmiyyət daşıyır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olunmaqla xalqımız əsrlər boyu arzuladığı müstəqil dövlətinə qovuşdu. Azərbaycan Xalq Cümhuriyyəti təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin ilk demokratik parlamentli respublikası kimi tarixə düşərək böyük siyasi və tarixi hadisəyə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti qısa sürsə də, onun dövlətçilik ənənələri xalqımızın yaddaşında silinməz iz qoydu. Dövlət bayrağı, himn, milli ordu, parlament və digər dövlət atributlarının yaradılması müstəqil dövlət quruculuğunun möhkəm təməllərini formalaşdırdı. Cümhuriyyət qurucularının əsas məqsədi azad, demokratik və müasir Azərbaycan yaratmaq idi.
Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu hər zaman yüksək qiymətləndirərək bildirirdi ki, Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə sadiq xalqdır. Ümummilli lider qeyd edirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olmuşdur.”
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətini yüksək dəyərləndirərək vurğulayırdı ki, onların idealları bu gün müstəqil Azərbaycan dövlətində yaşayır və davam etdirilir.
Bu siyasi xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.
Məhz bu varislik ənənəsi nəticəsində Azərbaycan son illərdə mühüm uğurlara imza atmışdır. Güclü iqtisadiyyatın qurulması, beynəlxalq nüfuzun artması, regionun lider dövlətinə çevrilməsi və ordumuzun qüdrətlənməsi müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət etmişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın milli birliyinin və dövlətimizin gücünün ən parlaq nümunəsidir.
Bu gün Azərbaycanın üçrəngli bayrağı ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanır. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və inkişafını nümayiş etdirir. Müstəqil dövlətimizin əldə etdiyi nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan xalqı öz taleyinin sahibidir və ölkəmiz inamla gələcəyə doğru addımlayır.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, dövlətçilik iradəsinin və milli birliyinin təntənəsidir. Bu müqəddəs tarix hər bir azərbaycanlıya müstəqilliyin necə böyük nemət olduğunu xatırladır. Azərbaycan xalqı bu gün öz güclü dövləti, qüdrətli ordusu və milli həmrəyliyi ilə fəxr edir.
Əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük arzusu olan azad və güclü Azərbaycan bu gün prezident İlham Əliyevin rəhbərliyilə inkişaf edir və yeni zəfərlərə doğru inamla irəliləyir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

