“Azərbaycanın müstəqillik tarixinə yazılan şanlı Zəfər” mövzusunda tədbir keçirilib
25.05.2026 [23:40]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatının təşkilatçılığı ilə Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Azərbaycanın müstəqillik tarixinə yazılan şanlı Zəfər” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, şəhid ailələri, Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi, partiya fəalları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərdən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs etmişdir.
İlqar İlyasov qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. O vurğulamışdır ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma konsepsiyası əsasında geniş quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur.
Çıxışı zamanı “Böyük Qayıdış” proqramının uğurla icra edildiyini diqqətə çatdıran İlqar İlyasov bildirmişdir ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə təmin edilir və azad edilmiş ərazilər regionun ən müasir yaşayış məkanlarına çevrilir.
Tədbirdə çıxış edən şəhid Nicat Abdullayevin anası Sara Abdullayeva, Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Günel Süleymanova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirova, məktəbin ibtidai sinif müəllimi Nərgiz Nəcəfova və Musa Məmmədov Azərbaycanın müstəqillik yolu, şəhidlərin qəhrəmanlığı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti və ölkəmizin inkişaf strategiyası barədə fikirlərini bölüşmüşlər.
Çıxışlarda vurğulanmışdır ki, hər bir xalqın tarixində onun taleyini dəyişən, milli mənliyini ucaldan və gələcəyə inamını möhkəmləndirən taleyüklü məqamlar olur. Azərbaycan xalqı üçün belə bir tarixi mərhələ müstəqillik tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdir.
Qeyd olunmuşdur ki, bu Zəfər yalnız hərbi uğur deyil, eyni zamanda otuz illik yurd həsrətinə son qoyan, milli qüruru bərpa edən və xalqın birliyini bütün dünyaya nümayiş etdirən böyük tarixi hadisədir. 2020-ci ilin payızında yazılmış bu qəhrəmanlıq salnaməsi Azərbaycanın güclü dövlətə, sarsılmaz orduya və həmrəy xalqa malik olduğunu bir daha sübut etmişdir.
Tədbir çərçivəsində Laçın rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinə YAP Laçın rayon təşkilatı tərəfindən təşəkkürnamə təqdim edilmişdir.
Sonda məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda hazırlanmış bədii proqram təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

