Müstəqillik Elan Edilə Bilər, Suverenlik isə Təmin Edilməlidir
26.05.2026 [14:23]
Sərtac Atlas
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi
Hər bir dövlətin tarixində müstəqilliyin elan olunduğu bir tarix var. Lakin tarix göstərir ki, dövlətlər yalnız qəbul etdikləri bəyannamələrlə deyil, həmin müstəqilliyi qorumaq və suverenliklərini təmin etmək qabiliyyəti ilə qiymətləndirilirlər. ABŞ üçün 1776-cı il Bəyannaməsi mühüm başlanğıc idi, lakin Amerika dövlətçiliyini möhkəmləndirən əsas hadisə İstiqlal Müharibəsi oldu. Türkiyə üçün də müasir dövlətin əsasını yalnız siyasi qərarlar deyil, Qurtuluş Savaşı formalaşdırdı.
Bu baxımdan Azərbaycanın dövlətçilik tarixi də xüsusi diqqət çəkir. 28 may 1918-ci ildə Azərbaycan İstiqlal Bəyənnaməsi ilə müsəlman Şərqində ilk demokratik respublika yaradıldı. Bu hadisə Azərbaycan xalqının öz dövlətini qurmaq iradəsinin siyasi ifadəsi idi. Lakin həmin dövlət uzun müddət yaşamadı və sovet işğalı Azərbaycanın müstəqilliyinə son qoydu.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Ancaq ölkə ağır siyasi və iqtisadi böhran, daxili qarşıdurmalar və müharibə şəraitində idi. Dövlət institutları zəif idi və ölkənin gələcəyi ciddi risk altındaydı. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq siyasi sabitliyi təmin etdi, dövlət idarəçiliyini bərpa etdi və Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildi. Onun rəhbərliyi dövründə Azərbaycan dağılmaq təhlükəsindən çıxaraq daha sabit dövlət modelinə keçdi.
Lakin müstəqilliyin tam təmin olunması üçün əsas məsələlərdən biri həll olunmamış qalırdı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal altında idi. Bu vəziyyət dövlətin suverenliyinin tam reallaşmadığını göstərirdi. Çünki suverenlik yalnız beynəlxalq tanınma deyil, dövlətin öz ərazisi üzərində real nəzarətə sahib olması deməkdir.
2020-ci ildə isə bu vəziyyət dəyişdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsi zamanı tarixi qələbə qazandı və uzun illər işğal altında qalan torpaqların böyük hissəsi üzərində nəzarəti bərpa etdi. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu və tam dövlət suverenliyi təmin olundu. Bu proses yalnız hərbi uğur deyil, Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi idi. Çünki ilk dəfə olaraq ölkə beynəlxalq səviyyədə tanınmış bütün əraziləri üzərində tam nəzarəti bərpa etmiş oldu.
Prezident İlham Əliyev müharibə dövründə Ali Baş Komandan kimi ordunu idarə etdi, müharibədən sonrakı dövrdə isə siyasi və diplomatik müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirdi. Son illərdə Azərbaycanın regional proseslərdə daha fəal iştirak etməsi, beynəlxalq layihələrdə rolunun artması və balanslı xarici siyasət aparması ölkənin yeni mərhələyə keçdiyini göstərir.
Bu baxımdan 28 May yalnız tarixi bir bayram deyil, 1918-ci ildə elan edilən, 1991-ci ildə bərpa olunan və 2020-2023-cü illərdə Azərbaycanın bütün ərazilərində suverenliyini tam şəkildə təmin edən dövlətçilik iradəsinin simvoludur.
Çünki müstəqillik bəyan edilə bilər. Suverenlik isə təmin edilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

