“Yazılmamış ən gözəl şeirə - Sənə...”
24.06.2026 [09:37]
Bəzən içimizdə özümüz-özümüzə sual edirik: Sevgi nədir?
Şairin də dediyi kimi:
“Sevgi vardır ki,
dodaqlarda açar güllərini,
Sevgi vardır ki,
bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır
oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu
oxşar kimidir”.
(M.Müşfiq)
Sevgi ona düçar olanları dəli edib çöllərə də sala bilər, şair edib ədəbiyyata gətirə də bilər. Həm dünya, həm də Azərbaycan ədəbiyyatında bu hər iki hala kifayət qədər örnəklər var. Məhəmmədhüseyn Şəhriyar da bu nakam məhəbbətdən şair olanlardandır. “Sürəyyanın eşqi olmasaydı, mən şair yox, həkim olardım” deyən şair onunla şeirlərdə yan-yana gəzib dolaşıb. Hətta gecə röyada öz Sürəyyasının xəyalını görür və ona məşhur “Yar qasidi” şeirini yazır. Amma sevgi yalnız uğursuz olanda şair etmir. Eşq həyatında uğurlu olan və bunu ədəbiyyatında əks etdirən şairlər də az deyil.
“Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır”.
Müşfiq Dilbərə olan sevgisini bu cür ifadə edirdi. Sevgi yalnız şairləri ilhama gətirmir. O ən qəddar insanların belə zəif nöqtəsi ola bilər.
Sevgi insanı acizləşdirdiyi üçünmü “zəif nöqtə” olur? Təbii ki, yox. İnsan əgər birini sevərsə, onu itirməkdən çox qorxar. Elə buna görə də sevgi “zəif nöqtə” hesab edilir. Sufilər sevgini insanın ən ali məqamı olaraq görürdülər. Amma onların tərənnüm etdiyi sevgi ilahi eşq idi. İstər dünyəvi olsun, istərsə də ilahi, insanın yetişə bildiyi ən uca, ən ali mərtəbə eşqdir, sevgidir.
Sevgi yalnız ailə həyatı qurmaq üçün deyil, həm də həyatı anlamaq, ondan zövq almaq üçündür. Bəlkə də buna görə axmaq insanlar aşiq ola bilmirlər. Sevgi gözəldir. Amma atalarımızın bir sözü var “gözəllik qurban tələb edir”. Bəli sevgi də qurban tələb edir. Sevdiyi üçün ailəsindən, sənətindən, xasiyyətindən hətta özündən vazkeçən insanlar var. Oskar Vayld şeirində bunu belə təsvir edir.
“Hər kəs sevdiyini öldürür,
Dediklərimə qulaq as,
Bəziləri bunu bir baxışla edir,
Bəziləri yaltaq sözlərlə.
Qorxaqlar öpüşlə öldürür...”
İnsan heç sevdiyinə qıya bilərmi? Cəfər Cəbbarlının “Oqtay Eloğlu” faciəsində əsərin baş qəhrəmanı Oqtay Firəngizi öldürmür, onu cahil insanların əlindən alarıq əbədiyyətə qovuşdurur.
Bəli, sevgi adamı dəli edir. Amma bu dəliliyin necə bir zövq verdiyini yalnız eşq şərabından sərxoş olanlar bilər. Aşiq olmuş birinin həyatı 180 dərəcə dəyişir, artıq iki nəfər üçün düşünür. Gecə yatanda da onu düşünür, səhər yuxudan duranda da ağlına ilk o gəlir. Özünü ona məcbur hiss edirsən, bu məcburiyyəti Atilla İlhan belə təsvir edir.
“Ben sana mecburum bilemezsin
Adını mıh gibi aklımda tutuyorum
Büyüdükçe büyüyor gözlerin
Ben sana mecburum bilemezsin
İçimi seninle ısıtıyorum”.
Oturub sevgidən çox yazmaq olar. Atilla İlhandan, Şəhriyardan, Cemal Süreyadan, Nüsrət Kəsəmənlidən və bir çox şairdən sevginin hər halı üçün onlarla şeir nümunə gətirə bilərik. Amma sevginin necə möhtəşəm, necə ilahi bir hiss olduğunu yaşamayan bilməz. Onlar üçün sevgi vaxt itkisidir. Yaşamayan üçün sevgi absurddur. Aşiq olanlar üçün isə sevgisiz həyatın cəhənnəmdən fərqi yoxdur. İnsan yalnız sevib sevildiyi zaman xoşbəxt olur. Sözlərimi Nazım Hikmətin “Uzak Mesafe” şeiri ilə sonlandırıram.
“Gülerken görmeyi özledim seni,
buluşmadan sevişlerimizi,
kokunu özledim bilmediğim
ve tenin sıcak mı beni düşünürken,
merak içindeyim?”
Hüseyn Rəşadoğlu,
Bakı Dövlət Universitetinin tələbəsi
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51

