Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

10.08.2026 [21:19]

Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizinin akvatoriyasında, Ataş çimərliyi yaxınlığında yağ ləkələri aşkarlanıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, ləkələrin aşkarlanması barədə məlumat avqustun 8-də daxil olub. Manqistau vilayətinin Ekologiya Departamentinin mütəxəssisləri Ataş çimərliyində və Xəzər dənizinin ona bitişik akvatoriyasında monitorinq aparıblar.

Monitorinq zamanı dəniz suyundan nümunələr götürülərək laboratoriya müayinəsinə göndərilib.

Hazırda Ataş çimərliyi ərazisində və ona bitişik dəniz akvatoriyasında monitorinq işləri davam etdirilir.

Ekoloqlar dənizdə fəaliyyət göstərən gəmilərin heyətlərinə ekoloji tələblərə ciddi riayət etməyin və neft məhsullarının dəniz suyuna düşməsinə yol verməməyin vacibliyini xatırladıblar.

Vəziyyət Manqistau vilayətinin Ekologiya Departamentinin nəzarətindədir.

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30