Bu gün Beynəlxalq Solaxaylar Günüdür
13.08.2026 [11:50]
Avqustun 13-ü Beynəlxalq Solaxaylar Günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün ilk dəfə 1992-ci il avqustun 13-də 1990-cı ildə yaradılmış Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə qeyd olunub.
Müasir dünya hər şeyi sağ əli ilə həyata keçirən insanlar üçün yaradılıb. Yazı və mətbəx ləvazimatları, qapılar və qıfıllar, kompüter siçanları və bir çox başqa əşyalar sağ əllilər üçün nəzərdə tutulub. Digərləri isə buna uyğunlaşmalı olurlar.
Təqvim günü isə cəmiyyətin diqqətini solaxayların sağ əllilər üçün yaradılmış dünyada qarşılaşdıqları problemlərə cəlb etmək, dizaynerlərin, istehsalçıların və satıcıların müxtəlif əşyalardan istifadə zamanı solaxayların rahatlığını nəzərə almalarının vacibliyini vurğulamaq, müxtəlif mədəniyyətlərdə əsrlər boyu solaxayları əhatə edən xurafat və yanlış təsəvvürləri aradan qaldırmaq, həmçinin solaxaylıq fenomeninin öyrənilməsi sahəsində elmi araşdırmaları təşviq etmək məqsədi daşıyır.
Lakin solaxaylar klublarının, xüsusilə də Böyük Britaniya klubunun əsas narahatlığı ondan ibarətdir ki, müxtəlif ölkələrin bir çox məktəblərində solaxay uşaqları hələ də sağ əllə yazmağa öyrətməyə çalışırlar. Bu isə psixoloji stresə, şagirdlərin təhsil göstəricilərinin aşağı düşməsinə və uşağın sağlamlığına ciddi zərər vurulmasına səbəb ola bilər. Məsələn, uşağın sağ əlindən zorla istifadə etməyə alışdırılması nəticəsində nevrotik vəziyyət olan dekstrastres yarana bilər.
Qədim dövrlərdən solaxaylıq normadan kənara çıxma kimi qəbul edilib. Lakin yalnız indi məlum olub və sübut edilib ki, solaxaylıq sadəcə olaraq sol əldən üstün istifadə etmək deyil, həm də beynin yarımkürələri arasındakı müəyyən asimmetriyanın göstəricisidir. Alimlər və psixoloqlar hesab edirlər ki, bütün solaxay insanlar güclü xarakterə və böyük yaradıcı potensiala malikdirlər. Onlar uşaqlıqdan “sağ əllilər üçün” uyğunlaşdırılmış mühitə öyrəşmək bacarıqları sayəsində yaradıcılıq və akademik sahələrdə daha çox uğur qazana bilirlər.
Statistik məlumatlara görə, dünya əhalisinin 3–10 faizi solaxaydır.
Solaxaylığın səbəbləri ilə bağlı çoxlu nəzəriyyə və fərziyyələr mövcuddur, lakin dəqiq cavab hələ də tapılmayıb. Solaxaylığın genetik təbiəti fəal şəkildə araşdırılır. Həkimlərin məlumatlarına görə, valideynlərin hər ikisi sağaxay olduqda uşağın solaxay olma ehtimalı 2, valideynlərdən biri solaxay olduqda 17, hər iki valideyn solaxay olduqda isə 46 faiz təşkil edir. Sağ və sol əlindən eyni dərəcədə yaxşı istifadə edən insan ambidekstr, hər iki əlindən istifadə etməkdə çətinlik çəkən şəxs isə ambisinistr adlanır.
Hər şeyi “bir əli ilə” edən məşhur insanların siyahısı heyrətləndiricidir — Mark Tven, Leonardo da Vinçi, Mikelancelo, Bethoven, Sergey Raxmaninov, Merilin Monro, Pol Makkartni, Rinqo Starr, Robert De Niro və başqaları. Digər məşhur solaxaylar arasında Yuli Sezar və Makedoniyalı İsgəndər, Napoleon Bonapart və Böyük Karl, Uinston Çörçill və Horatsio Nelson, Amerika Birləşmiş Ştatlarının üç prezidenti — Ronald Reyqan, Böyük Corc Buş və Bill Klinton və başqaları var.
Bayram günü Britaniya Solaxaylar Klubunun üzvləri solaxaylarla tam qarşılıqlı anlaşma üçün hər kəsi ən azı ildə bir gün bütün işləri sol əli ilə görməyə çağırırlar. Bu gün dünyanın hər yerində solaxaylar müxtəlif tədbirlər, aksiyalar, fləş-moblar və yarışlar təşkil edirlər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

