Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dəmir Yolları saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

Dəmir Yolları saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

02.09.2026 [19:20]

Son günlər "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) vətəndaşlardan Bakı–Tbilisi–Bakı marşrutu ilə səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.

Bu barədə AZƏRTAC-a "Azərbaycan Dəmir Yolları"ndan bildirilib.

“Bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir.

Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.

Biletləri yalnız QSC-nin rəsmi saytı, "ADY Mobile” tətbiqi, dəmiryol kassaları vasitəsilə əldə etməyi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Paylaş:
Baxılıb: 414 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30