Dövlət Suverenliyinin təntənəsi - Zəfərdən tam dövlətçilik reallığına
17.09.2026 [10:42]
Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda tamamilə yeni geosiyasi reallıqlar yaratdı. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, həmçinin ordu quruculuğunda əldə olunan yüksək nailiyyətlər Azərbaycanın suverenliyinin tam şəkildə bərqərar olunmasını təmin etdi. Bu tarixi prosesin ən zirvə nöqtələrindən biri məhz 2023-cü ilin sentyabr ayında gerçəkləşdi və dövlət suverenliyimiz tam bərpa olundu.
2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə ölkənin ərazi bütövlüyü və dövlət hakimiyyətinin bütün əraziyə şamil olunması baxımından yeni mərhələ başladı. Cənab Prezident İlham Əliyev bu tarixi hadisəni Azərbaycan dövlətinin gücünün, Ordunun peşəkarlığının və xalqın iradəsinin nəticəsi kimi xarakterizə edib. Qarabağ Universitetindəki çıxışında dövlət başçısı qeyd edib ki, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan dövlət suverenliyini tam təmin edib və beynəlxalq hüquq zəfər çalıb.
Bu fikrin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi nəticə yalnız hərbi müstəvidə deyil, həm də dövlətçilik və hüquqi müstəvidə tarixi əhəmiyyət daşıyır. Azərbaycan öz ərazisində qanunun aliliyini və dövlət hakimiyyətini tam təmin etmək imkanını reallaşdırdı. Cənab Prezidentin rəsmi Sərəncamında da qeyd edildiyi kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyi təmin olunub və dövlət suverenliyi bərpa edilib. Məhz bu səbəbdən hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Cənab Prezident İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə qeyd etdiyi kimi: - “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
Bu kəlamda ifadə olunan həqiqətlər Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun peşəkarlığını və xalqımızın dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi. Cəmi 24 saatdan az davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün Konstitusiya sərhədləri daxilində qəti və dönməz şəkildə bərqərar edildi.
Həyata keçirilən bu uğurlu antiterror tədbiri beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə icra olundu. Onilliklər boyu torpaqlarımızda yuva salmış, mülki əhaliyə qarşı terror aktları törətmiş qeyri-qanuni hərbi birləşmələr və separatçı ünsürlər tamamilə zərərsizləşdirildi. Bununla da Azərbaycan öz suveren ərazisində təhlükəsizliyi, qanunun aliliyini və ədaləti bərpa etdi. Beynəlxalq hüququn zəfər çalması təkcə ölkəmiz üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün mühüm dönüş nöqtəsi oldu.
Dövlət suverenliyinin tam bərpasından sonra azad edilmiş ərazilərdə miqyaslı bərpa və quruculuq işləri yeni mərhələyə qədəm qoydu. “Böyük Qayıdış” proqramı uğurla icra olunur, tarixi torpaqlarımızda müasir infrastruktur layihələri, smart-şəhər və kəndlər inşa edilir. Qarabağ Universitetinin fəaliyyətə başlaması, gənclərimizin doğma yurdlarında keyfiyyətli təhsil almaları bu dirçəlişin ən bariz nümunəsidir. Suverenliyimizin bərpası xalqımızın milli qürurunu özünə qaytarmaqla yanaşı, gələcək nəsillər üçün güclü, müstəqil və qüdrətli Azərbaycan dövləti miras qoydu.
Bu tarixi Zəfərin əldə olunmasında xalqımızın nümayiş etdirdiyi “Dəmir yumruq” həmrəyliyi həlledici rol oynadı. Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəman şəhidlərimizin qanı və qazilərimizin canı bahasına qazanılmış bu qələbə əbədi yaşayacaqdır. Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi xalqımızın azadlıq və dövlətçilik əzminin heç vaxt sarsılmayacağının, əldə olunan tarixi nailiyyətlərin əbədi və dönməz olduğunun parlaq təsdiqidir.
Turanə Atakişiyeva
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 5 saylı tam orta məktəbin müəllimi
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

