Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günü 30 illik mübarizənin tarixi nəticəsidir
17.09.2026 [12:42]
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının müasir dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Artıq üçüncü dəfə qeyd edilən bu tarix hər il xalqımıza böyük Zəfərə gedən yolun uzunmüddətli mübarizə, möhkəm iradə və yüksək qətiyyət nəticəsində qət edildiyini bir daha xatırladır. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncam əsasında təsis olunan bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin edilməsinin mühüm siyasi və hüquqi simvollarından birinə çevrilib.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri uzun illər ərzində Azərbaycan xalqının doğma torpaqlara qayıdış arzusu və həsrəti ilə bağlı olub. Buna baxmayaraq, xalqımız işğalla heç zaman barışmayıb, tarixi torpaqların azad olunacağına olan inamını qoruyub saxlayıb. Dövlət siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi, ölkənin iqtisadi və maliyyə imkanlarının artırılması, müasir və güclü ordunun formalaşdırılması, eləcə də cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi qarşıya qoyulan tarixi məqsədə çatmaq üçün möhkəm zəmin yaratdı. 2020-ci ilin Zəfəri və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpa olunması Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoydu. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Dövlət Bayrağını ucaltması isə yeni reallığın ən mühüm və yaddaqalan hadisələrindən biri oldu. Üçrəngli bayrağımızın bu şəhərlərdə dalğalanması xalqımız üçün milli qürur və tarixi ədalətin bərpasının ifadəsidir. Bu hadisə yalnız torpaqlarımızın azad edilməsini deyil, Azərbaycanın Konstitusiya quruluşunun ölkənin bütün ərazisində bərqərar edilməsini də simvolizə edir.
Tarixi qələbələrin əsl əhəmiyyəti onların əldə olunmasından sonra qarşıya qoyulan məqsədlərin necə həyata keçirilməsində özünü göstərir. Azərbaycan postmünaqişə dövründə apardığı genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti ilə bunu aydın şəkildə nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən salınması, müasir avtomobil yollarının və digər nəqliyyat infrastrukturlarının qurulması, enerji təminatının bərpası, məktəb, xəstəxana və sosial obyektlərin istifadəyə verilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Bu prosesin ən mühüm nəticəsi isə illərlə doğma yurdlarından ayrı düşmüş insanların öz torpaqlarına mərhələli şəkildə qayıtmasıdır.
Xankəndinin yeni inkişaf mərhələsində Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Ali təhsil ocağının fəaliyyətə başlaması Azərbaycanın azad edilmiş ərazilərin gələcəyinə dair uzunmüddətli və strateji yanaşmasının göstəricisidir. Universitet gənclərin təhsil aldığı müəssisə olmaqla yanaşı, Qarabağın elmi, intellektual və sosial potensialının inkişafına töhfə verəcək mühüm mərkəz kimi çıxış edir. Xankəndidə beynəlxalq tədbirlərin keçirilməsi, yeni biznes və konqres mərkəzlərinin istifadəyə verilməsi də şəhərin qarşıdakı dövrdə müasir və dinamik inkişaf üçün geniş imkanlara malik olduğunu göstərir.
Xocalıda yeni yaşayış binalarının inşası və bərpası, sakinlərin şəhərə və kəndlərə qayıtması, enerji və istehsal sahələrində yeni layihələrin həyata keçirilməsi bölgədə dirçəliş prosesinin konkret nəticələridir. Xocavənddə Hadrut, Tuğ və digər yaşayış məntəqələrində aparılan bərpa işləri, müasir yol və enerji infrastrukturunun yaradılması əhalinin doğma torpaqlara dönüşünü sürətləndirən əsas amillərdəndir. Ağdərədə rayonun yenidən təşkil olunması, Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi, kəndlərdə həyata keçirilən abadlıq və quruculuq tədbirləri isə dövlət idarəçiliyi ilə bərpa prosesinin paralel və əlaqəli şəkildə aparıldığını göstərir. Məhz bütün bunlara görə 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqı üçün tarixi Zəfərin təntənəsini, dövlət suverenliyinin möhkəmliyini və gələcəyə olan böyük inamı özündə birləşdirən əlamətdar tarixdir. Bu dörd şəhərin gələcəyi artıq müstəqil, qüdrətli və qalib Azərbaycanın yeni inkişaf salnaməsinin ayrılmaz hissəsidir.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

